“Gürcü Arzusu”nun baş katibi və Tbilisi şəhərinin meri Kaxa Kaladzenin bəyanatına əsasən, Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə statusu almasa, bu problem olmayacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kaladzenin sözlərinə görə, ölkə indiyədək də namizəd statusuna layiq idi, lakin Gürcüstan hökuməti “müharibəyə başlatmadığı” üçün onu əldə edə bilməyib.
“Ukrayna və Moldova ilə bağlı bu qərar qəbul ediləndə təbii ki, bu statusa birinci layiq olan ölkəmiz - Gürcüstan idi. Düşünməyin ki, mən müharibədə olan bir ölkəni günahlandırıram, Allah eləməsin. Əksinə, mən həmişə Ukraynanın və ukraynalıların uğurlarına sevinərəm, amma reall olaraq baxsaq, bütün rəqəmlər və parametrlərlə, islahatların həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə baxımından ilk olaraq Gürcüstan konkret addımlar atdı. .. Burada, bütün mövcud parametrlərlə, biz öndəyik.
Lakin bu siyasi qərar idi və ictimaiyyət bu qərarın niyə verildiyini çox yaxşı anladı. Ona görə ki, Gürcüstan hökuməti onlara problem yaradır, sanksiyalara qoşulmur, müharibəyə başlamır, Gürcüstanda ikinci cəbhə açmır və bundan istifadə edib, bütün bunlardan bir növ rıçaq kimi istifadə etmək istəyirdilər.
12 bəndlik plana ciddi şəkildə əməl olunacaq. Ancaq hansı qərarın veriləcəyi bizdən asılı deyil. Bizə [namizəd statusu] versələr, sevinəcəyik, çox yaxşı olacaq. Verməsələr, bu da problem deyil”, - Kaladze bildirib.
Qeyri-hökumət təşkilatlarının hesabatına əsasən, hazırda Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi üçün Avropa Komissiyasının müəyyən etdiyi 12 şərtdən yalnız biri tam yerinə yetirilib.
2022-ci il iyunun 23-də Avropa İttifaqının 27 üzv dövlətinin qərarı ilə Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd ölkə statusu, Gürcüstana isə Avropa perspektivi verilib. Avropa Komissiyası Gürcüstana həyata keçirilməsi üçün 12 tövsiyə müəyyən edib ki, bunlar arasında deoliqarxizasiya, siyasi qütbləşmənin həlli, məhkəmə islahatları, antikorrupsiya xidmətinin gücləndirilməsi və media mühitinin yaxşılaşdırılması daxildir. Avropa Komissiyası Gürcüstanın tövsiyələri yerinə yetirməsinin qiymətləndirilməsini 2023-cü ilin payızında hazırlayacaq və tövsiyəni statusla bağlı yekun qərarı verən orqan olan Avropa Şurasına ünvanlayacaq.