2024-cü ilin ikinci rübündə Gürcüstanda işsizliyin səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz bəndi azalaraq 13,7 faiz təşkil edib. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Geostat-ın hesabatına əsasən, cari ilin aprel-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı 19,1 min nəfər (2,1%) artaraq 935,8 min nəfər, özünüməşğulluq fəaliyyəti ilə məşğul olanların sayı isə - 41,3 min (10,1%) artaraq 451,5 min nəfər təşkil edib.
“Eyni dövrdə işsizlərin sayı 47,2 min nəfər (17,7%) azalaraq 219,7 min nəfər təşkil edib”, - hesabatda oxuyuruq.
İkinci rübdə işçi qüvvəsində iştirak əmsalı (15 və daha yuxarı yaşda olan əhalidə işçi qüvvəsinin xüsusi ölçüsü) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz bəndi artaraq 54,5 faiz, məşğulluq səviyyəsi isə 2,8 faiz bəndi artaraq 47% faiz təşkil edib.
Geostat qeyd edir ki, həm şəhər, həm də kənd yaşayış məntəqələrində məşğulluq səviyyəsi yüksəlib. O cümlədən, şəhər tipli qəsəbələrdə əhalinin məşğulluq səviyyəsi 3 faiz bəndi, kənd tipli qəsəbələrdə isə 2,5 faiz bəndi artıb və müvafiq olaraq 47,9 və 45,8 faiz təşkil edib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı işlə təmin olunanların ümumi sayında xüsusi çəkisi 1,6 faiz bəndi azalaraq 67,5% təşkil etmişdir.
İşsizlik səviyyəsi ənənəvi olaraq kişilər arasında qadınlardan daha yüksəkdir. Aprel-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qadınlar arasında işsizlik səviyyəsi 3,6 faiz bəndi, kişilər arasında isə 2,6 faiz bəndi azalıb və müvafiq olaraq 10,9 və 15,9 faiz təşkil edib.