Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Avropa İttifaqının Xarici İşlər Şurasının Brüsseldə keçirilən sessiyası öncəsi jurnalistlərə bildirib ki, nazirlər Gürcüstandakı vəziyyəti də qiymətləndirəcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Aydındır ki, Gürcüstan hökuməti Avropa yolundan uzaqlaşır və nazirlər necə davranacaqlarına qərar verməlidirlər”, - Cozef Borel bildirib.
Gürcüstanla bağlı hər hansı qərarın bu gün qəbul ediləcəyini gözləyirsinizmi sualına Borel cavab verib ki, bu gün ölkədəki vəziyyətə nazirlər səviyyəsində ilk qiymət veriləcək.
Xarici Əlaqələr Şurasının iclası Avropa İttifaqına üzv 27 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə iki gün ərzində keçiriləcək və ona Cozef Borel sədrlik edəcək.
Bir neçə gün əvvəl “Financial Times” məlumat yaymışdı ki, hökumətin “xarici agentlər” qanunu ilə bağlı mövqeyinə cavab olaraq, bir sıra Aİ ölkələri Gürcüstana qarşı sanksiyaların tətbiqini, o cümlədən vizasız gediş-gəlişin dayandırılmasını tələb edir. Nəşr yazıb ki, Aİ xarici işlər nazirlərinin görüşündə məhdudlaşdırıcı tədbirlərin müzakirəsini tələb edəcək ölkələr arasında Estoniya, Hollandiya, Çexiya və İsveç var. “Financial Times”a məsələ ilə bağlı məlumatlı mənbələr bildiriblər ki, Gürcüstan vətəndaşları üçün Aİ-yə vizasız gediş-gəlişin ləğvi ilə yanaşı, məqsədyönlü sanksiyalar və Aİ-nin maliyyələşdirilməsinin dondurulması da nəzərdən keçirilir.