“Gürcü Arzusu” partiyası parlamentdə 2024-cü il, iyulun 1-dək törədilmiş cinayətləri əhatə edəcək amnistiya haqqında qanun layihəsini irəli sürüb. İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Rati İonatamişvili bildirib ki, qanun layihəsində cəzanın 1/6 hissəsinin azaldılması qaydası nəzərdə tutulur və bununla da amnistiyadan faydalananların əhatə dairəsi mümkün qədər genişlənir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Layihədə cəzanın ½ və ¼ azaldılması, məsuliyyətdən və cəzadan tamamilə azad edilməsi də nəzərdə tutulur.
“Amnistiya şərti məhkum edilmiş şəxslərə xüsusi yanaşma tətbiq edir və şərti cəzaların bir il müddətinə azaldılması təqribən 7000 nəfərə şamil olunacaq ki, bu da əvvəlki amnistiya layihələri ilə müqayisədə yenilikdir”, - İonatamişvili bildirib.
Amnistiya qəsdən adam öldürmə, narkotik alveri, seksual cinayətlər, quldurluq, terrorizm, korrupsiya və məmur cinayətlərinə, qondarma “oğrular dünyası”, şərti cinayətlər, insan alveri, digər ağır və xüsusilə ağır cinayətlər’ görə məhkum edilmiş şəxslərə şamil edilməyəcək.
“Gürcü Arzusu” parlamentin iyulda keçiriləcək növbədənkənar iclasında amnistiya qanununu birinci oxunuşda qəbul edəcək və nəhayət, sentyabrda təsdiq edəcək.
Baş Nazir İrakli Kobaxidze iyunun 28-də parlamentdə çıxışı zamanı amnistiya elan edib. Onun sözlərinə görə, bu gün cəzaçəkmə müəssisələrində 10 minə yaxın məhbus var ki, bu da “optimal göstərici deyil”. “Məhkumların sayının ən azı 1/3-ə qədər azaldılması arzuolunan olardı və hesab edirik ki, hazırlanan amnistiya qanunu bu məqsədə çatmağa ciddi töhfə verəcək”, - o, bildirib.
“Gürcü Arzusu” parlament seçkiləri öncəsi amnistiya elan edir. “Qxaria Gürcüstan Naminə” partiyası bunu rus qanununa etiraz etdiklərinə görə həbs olunan və cərimələnən bütün insanlara şamil edilməsi təşəbbüsü ilə çıxış edib.