Parlament çoxluğu “Vətəndaşlar” partiyasının liderlərindən biri, parlament sədrinin müavini Levan İoselianinin Xalq Müdafiəçisi vəzifəsinə seçilməsini dəstəkləyəcək. Bu barədə “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze partiyanın ofisində keçirilən çoxluq iclası başa çatdıqdan sonra məlumat verib. Levan İoselianinin namizədliyi martın 7-də keçiriləcək plenar iclasda səsə qoyulacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İoselianinin namizədliyi ilə bağlı mənfi kontekstdə cəmi iki arqument irəli sürüldü. Bir neçə deputat tərəfindən irad bildirildi ki, siyasi qərəzli şəxs namizəd və sonrasında, Xalq Müdafiəçisi ola bilməz və olmamalıdır. Həmçinin, onun keçmişdə verdiyi bir neçə bəyanat yada salınıdı. Mən də təsdiq edirəm, ola bilsin ki, bu münasib hərəkət deyildi, lakin onun öz siyasi mövqeyi var və olub. Biz razılaşdıq ki, onun namizədliyindən imtina etmək üçün yalnız bu arqumentlər kifayət deyil və parlament çoxluğu sabah tam tərkibi ilə Levan İoselianinin namizədliyini dəstəkləyəcək”, - deyə Mdinaradze bildirib.
Parlament çoxluğunun iclasından əvvəl İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin iclasında Levan İoseliani dinlənilib. O, Xalq Müdafiəçiliyinə yeganə namizəddir.
“Mənim arzum həmişə insan hüquqlarını qorumaq olub və mən bunu edirdim də, ona görə də hüquq təhsili alıb, vəkil oldum. Ümumiyyətlə, insanların müdafiəsi mənim siyasətə gəlməmişdən əvvəl məşğul olduğum işdir və əgər sistematik səviyyədə Xalq Müdafiəçisi kimi şərəfli bir vəzifədə bu imkan mənə verilsə, çox sevinərəm. Mən bütün həmvətənlərimizə, siyasətçilərə və siyasətçi olmayanlara zəmanət verə bilərəm ki, həqiqətən hamının “Xalq Müdafiəçisi” olacağam. Bu, ən vacib şeydir”, - İoseliani bildirib.
Parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsi Levan İoselianinin namizədliyini dəstəkləyib. Komitənin sədri Mixeil Sarjveladze qeyd edib ki, məsələ plenar iclasa müzakirə olunmadan çıxacaq və birbaşa səsə qoyulacaq. “Bizim üçün bu məsələ ilə bağlı qərar qəbul etmək xüsusilə vacibdir, nəzərə alsaq ki, bu, 12 bəndlik planın [Avropa Komissiyasının tövsiyələrinin] 12-ci bəndidir”, - Sarjveladze bildirib.
Xalq müdafiəçisi parlamentin tam tərkibinin beşdə üçünün (90 deputat) dəstəyi ilə seçiləcək. Heç bir partiyanın parlamentdə 90 mandatı olmadığı üçün Xalq Müdafiəçisinin seçilməsi müxalifətin bir hissəsinin dəstəyini tələb edəcək. Məlumdur ki, Levan İoselianinin namizədliyini “Respublikaçılar”ın lideri Xatuna Samnidze və müstəqil deputat Tamar Kordzaia dəstəkləyir.
22 dekabr 2022-ci ildə Parlament 19 namizəddən heç birini Xalq Müdafiəçisi seçə bilmədi.