Hakim partiyanın nümayəndə heyəti “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin başçılığı ilə Çin Xalq Respublikasına səfər edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Partiyadan verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlament sədrinin birinci müavini Qiorqi Volski, parlament sədrinin müavini İrakli Çikovani, xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze, Sektoral İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Davit Sonğulaşvili daxildir, Aqrar məsələlər Komitəsinin sədri Nino Tsilosani və İdman komitəsi sədrinin birinci müavini Viktor Sanikidze Pekində və Şanxayda yüksək səviyyəli görüşlər keçəcəklər.
Görüşlər Çinin hakim partiyasının Beynəlxalq Əlaqələr Departamentinin sədri Liu Jinchao və onun müavini Sun Khaian ilə keçiriləcək. Həmçinin, gürcü tərəfi Dövlət Şurasının İnkişaf Araşdırmaları Mərkəzinin vitse-prezidenti Çan Liminq və Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Şurasının sədr müavini Xiao Jie ilə görüşəcək.
“Gürcü Arzusu”nun deputatlarının Çin Xalq Respublikasına səfəri yanvarın 14-dən 20-dək davam edəcək.
Ötən ilin iyulunda Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq əlaqələri qurulub. Bu barədə qərar baş nazir İrakli Ğaribaşvilininü Pekinə səfəri zamanı prezident Si Cinpinlə görüşü zamanı qəbul edilib. Görüşdən sonra “Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Sentyabrın 11-dən Gürcüstanda Çin vətəndaşları üçün vizasız rejim qüvvəyə minib.
Sentyabrda Çin səfiri Çou Tsien Çin şirkətlərinin Anaklia dərinsu limanı layihəsində maraqlı olduğunu təsdiqləyib.
Oktyabr ayında Levan Davitaşvili Pekində Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi “Bir Kəmər, Bir Yol” təşəbbüsünün forumunda iştirak edib. Bundan əlavə, foruma paralel olaraq son 8 ildə ilk dəfə olaraq Gürcüstan-Çin İqtisadi Komissiyasının iclası keçirilib.
Dekabrda Tbilisiyə səfəri zamanı NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstan rəsmilərinə Çinlə münasibətlərin riskləri barədə danışıb. Kolominanın sözlərinə görə, xüsusilə məsələ Çin investisiyaları və kritik infrastruktura olduqda, təhlükəsizlik baxımından Çin problem təşkil edir.