Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Soxumi-Tbilisi-Tsxinvali “üçbucağında” normallaşma üçün ilkin şərtlər Gürcüstan “mövcud reallığı” qəbul etdikdən və de-fakto respublikalarla “bərabərlik prinsiplərinə əsaslanaraq, qarşılıqlı hörmət və bir-birinin maraqlarını nəzərə almaqla münasibətlər qurmağa hazır olduqdan” sonra yaranacaq”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qaluzin Gürcüstanın baş naziri İrakli Kobaxidzenin işğal olunmuş Abxaziya və Tsxinvali regionlarının qaytarılması planları ilə bağlı bəyanatını şərh edib. Ondan “Gürcü Arzusu”nun bunu gerçəkləşdirə bilib-bilməyəcəyini soruşublar.
“Düşünürəm ki, Soxumi və Tsxinvalidə bu bəyanatlardan sonra yaranan reaksiyalar öz sözünü deyir. Abxaziya və Cənubi Osetiya öz suveren seçimlərini hələ 2008-ci ildə Mixeil Saakaşvili rejiminin bu respublikalardan birini zorla Gürcüstana qaytarmağa cəhd etməsindən, digərini isə analoji hərəkətlərlə hədələməsindən sonra ediblər.
Anladığımız kimi, Gürcüstan hakimiyyəti bu kriminal avantüradan dərs çıxarıb və Abxaziya və Cənubi Osetiyanı dinc yolla “qaytarmağı” qarşısına məqsəd qoyub.
Söhbət ilk növbədə Gürcüstanın “reinteqrasiya” proqram və təşəbbüslərindən gedir ki, bunlardan da ən mühümü “daha yaxşı gələcəyə doğru addımdır”. Abxazlar və cənubi osetinlər öz suveren statuslarının “alçaldılmasına” və onları Gürcüstanın yurisdiksiyasına daxil etmək cəhdlərinə dəfələrlə mənfi münasibət bildiriblər və qeyd ediblər ki, yeganə “daha yaxşı gələcəyə doğru addım” bu ölkələrin müstəqilliyinin tanınması olacaq”, - Qaluzin deyib.
Rusiyalı diplomatın sözlərinə görə, “bir tərəfdən Gürcüstan, digər tərəfdən Abxaziya və Cənubi Osetiya arasında güc tətbiq edilməməsi ilə bağlı hüquqi qüvvəyə malik təminatların imzalanması, habelə onlar arasında sərhədin delimitasiyası məsələsinin həlli mühüm əhəmiyyət kəsb edir”. Qaluzin qeyd edib ki, bütün bu məsələlər Cenevrə beynəlxalq danışıqları çərçivəsində müzakirə olunacaq.
“Bu format beynəlxalq vasitəçilik vasitəsilə Tbilisi, Soxumi və Tsxinvalinin rəsmi nümayəndələri arasında bərabərhüquqlu dialoqun davam etdirilməsi və ümumi dil tapılması üçün unikal imkan yaradır. Biz Cenevrə beynəlxalq danışıqları çərçivəsində işin aktivləşdirilməsini dəstəkləyirik. Mən bilirəm ki, abxazlar və cənubi osetinlər buna hazırdırlar”, - Mixail Qaluzin bildirib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze mayın 26-da Müstəqillik günü ilə bağlı tədbirdə çıxışı zamanı deyib ki, Gürcüstan “bir növ Musanın yolu”ndan keçir və onun fikrincə, bu yol ölkəni mütləq “vəd edilmiş torpağa” aparacaq. “Bizim “vəd edilmiş torpağımız”, yəni gürcü arzusu, Gürcüstanın müstəqilliyinin bərpasının 40-cı ildönümündə – 2030-cu ildə abxaz və osetin qardaşlarımızla, vahid və güclü Gürcüstanla birlikdə yaşamaqdır və vahid və güclü Gürcüstan 2030-cu ildə Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır”, - deyə Kobaxidze bildirib.
İşğal olunmuş Abxaziyanın de-fakto Təhlükəsizlik Şurasının katibi Sergey Şambanın sözlərinə görə, Abxaziyanın qaytarılması Gürcüstanın xarici siyasətinin vəzifəsidir və Abxaziyanın da öz vəzifələri var - “bu, müstəqil dövlət qurmaq, inkişaf etdirmək və onun dövlətçiliyini möhkəmləndirməkdir”. Şambanın sözlərinə görə, Abxaziya Gürcüstanla konfederasiya və ya hər hansı digər münasibətləri müzakirə etmək niyyətində deyil. İrakli Kobaxidzeyə işğal altında olan Tsxinvalidə də cavab veriblər. Qondarma Cənubi Osetiya Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstana qoşulma ilə bağlı istənilən söhbəti “qəti şəkildə qəbuledilməz” hesab etdiklərini bəyan edib.