Gürcüstanın Daxili İşlər Nazirliyi siyasi repressiyalara görə vətənini tərk etmiş jurnalist Əfqan Sadıqovu Azərbaycana ekstradisiya etmək məqsədilə saxlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Jurnalist müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onun ekstradisiyası ilə bağlı qərarı məhkəmə verməlidir.
“Mərkəzi Kriminal Polis İdarəsi hədə-qorxu və zorla pul qoparmağa görə Azərbaycan Respublikası tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı Ə. S.-ı, onun sonrakı ekstradisiyası üçün saxlanılıb. Adıçəkilən şəxs 2024-cü ildən hədə-qorxu və zorla pul qoparma cinayətinə görə axtarışda olub”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.
Vəkil Dimitri Nozadze iş materiallarını Daxili İşlər Nazirliyindən aldıqdan sonra bildirib ki, Sadıqova qarşı Azərbaycanda iş may ayında qaldırılıb, Gürcüstan tərəfi onun ekstradisiyası ilə bağlı sorğunu iyulda alıb. Vəkil hədə-qorxu ilə işin saxta olduğunu istisna etmir. “Əfqan Sadıqovun yaşayış icazəsinin olması vacib haldır, o, sərbəst hərəkət edə bilməli idi”, vəkil qeyd edib.
Müstəqil “Azel.tv” nəşrinin redaktoru Əfqan Sadıqovun saxlanılması ilə bağlı xəbəri onun həyat yoldaşı avqustun 3-də yayıb. Sevinc Sadıqova deyir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə baş verib.
“Azərbaycan hakimiyyəti Əfqanın Gürcüstandan üçüncü ölkəyə gedəcəyindən narahat olub və tələsik cinayət işi açıb. Onu haqsızlığa, özbaşınalığa, qanunsuzluğa susmadığına görə cəzalandırırlar. Əfqan Gürcüstanda da susmayıb və sosial şəbəkələrdə Azərbaycan hökumətini tənqid etməyə davam edib”, - Sadıqova bildirib.
Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstanda yaşayır. Təxminən iki həftə əvvəl o, həyat yoldaşı və iki azyaşlı qızı ilə Türkiyəyə getməyə cəhd etsə də, Tbilisi Beynəlxalq Hava Limanının gürcü sərhədçiləri onun sərhədi keçməsinə icazə verməyiblər. O zaman Sadıqovu saxlayıblar - deyiblər ki, yalnız Azərbaycana qayıda bilər.
Sadıqov saxlanılmazdan bir gün əvvəl, avqustun 2-də Gürcüstanın ictimai müdafiəçisi Levan İoseliani ilə görüşüb. Jurnalist sosial şəbəkədə yazıb ki, ombudsman hava limanında gecikdiyinə görə təəssüfləndiyini bildirib və bu məsələni tez bir zamanda araşdıracağına söz verib.
Azərbaycan hakimiyyəti Əfqan Sadıqovu 2020-ci ilin mayında hədə-qorxu və zorla pul qoparmaq ittihamı ilə saxlayıb. Həmin ilin noyabrında o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Sadıqovi ittihamı rədd edib və etiraz əlaməti olaraq həbsxanada aclıq aksiyası elan edib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. 2022-ci ilin may ayının sonunda Sadıqov prezident İlham Əliyev tərəfindən əfv edilib.
2017-ci ildə Gürcüstan araşdırmaçı jurnalist Əfqan Muxtarlını Azərbaycan hakimiyyətinə təhvil verib. 2015-ci ildən Gürcüstanda yaşayan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisinin mərkəzindən yoxa çıxıb, ertəsi gün isə Azərbaycanda polis kamerasında tapılıb. Azərbaycanda Əfqan Muxtarlı sərhədi qanunsuz keçmək, külli miqdarda xarici valyuta keçirmək və polisə tabe olmamaqda ittiham olunub. O, 6 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ilin martında Muxtarlı azadlığa buraxılıb, sonra Almaniyaya gedib. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin keçmiş birinci müavini İoseb Qoqaşvili həbs olunduqdan sonra Muxtarlının Bidzina İvanişvilinin göstərişi ilə “DTX zonderləri” tərəfindən qaçırıldığını bildirib.