Gürcüstanın keçmiş baş naziri Qiorqi Qaxariyanın partiyası konstitusiyaya prezidentin seçilmə üsulu ilə bağlı dəyişikliklərin edilməsi və növbəti prezidentin seçki kollegiyası əvəzinə birbaşa Gürcüstan vətəndaşları tərəfindən seçilməsi təşəbbüsü ilə çıxış edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Parlamentdə bu gün keçirilən brifinqdə deputat Beka Liluaşvili bildirib ki, bu, prezidentin lazımi legitimliyini və müstəqilliyini təmin edəcək.
Liluaşvili “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin “hökumətin qeyri-məhdud və nəzarətsiz səlahiyyət problemi” ilə bağlı bəyanatını da şərh edib.
““Oçneba” hökumətinin qeyri-məhdud və nəzarətsiz səlahiyyət problemini etiraf edən, lakin problemi konstitusiya yolu ilə həll etmək əvəzinə, hökumətin nəzarətçisi rolunda, yeri gəlmişkən, artıq üçüncü dəfə özünü təklif edən Bidzina İvanişvili də hökumətdəki tarazlıq problemindən danışıb. Bu qədər məyusluqlara baxmayaraq, İvanişvilinin öz “Arzu”sunun gücünü balanslaşdırmaq istədiyinə inansaq belə, demokratik sistemdə bir nəfərin dövlət sabitliyinin təminatçısı olması qeyri-mümkündür. Müvafiq olaraq, məntiqlə yüksək legitimliyə malik konstitusiya institutlarının qorunması onun maraqlarına da daxil olmalıdır. Ona görə də biz “Oçnebanın”nın fəxri sədrini və parlament çoxluğunu elə bu yaz sessiyasından dövlət başçısı - prezidentin - Gürcüstan vətəndaşları tərəfindən bir başa yolla seçilməsinin qaytarılması ilə bağlı konstitusiya dəyişikliyi üzərində işə başlamağa çağırırıq. Bu məsələ partiyamızın seçki proqramının bir hissəsinə də daxil idi, lakin yeni il sürprizləri nəticəsində bu proseslər bizim xeyrimizə sürətləndirildi”, - Beka Liluaşvili bildirib və bir sıra Avropa ölkələri birbaşa prezident seçkisini geri qaytardığını qeyd edib.
Bidzina İvanişvili dekabrın 30-da üçüncü dəfə siyasətə qayıdışını elan edərkən deyib ki, “müxalifətin məhvi şəraitində hakim komandada risklər artır. Müxalifətin olmaması iqtidar partiyasında asanlıqla başgicəlləndirmə yarada və onu zəiflədə bilər. Bundan əlavə, kənarda qarşı çıxacaq adam qalmadıqda komanda daxilində qarşıdurma uydurmaq həvəsi yaranır. Həmçinin müxalifətin nəzarəti olmadığı halda korrupsiya riskləri artır və bu da xüsusi sığorta tələb edir”.
Gürcüstanda prezidentin birbaşa seçilməsi proseduru 2017-ci il oktyabrın 13-də qəbul edilmiş konstitusiya dəyişikliyi ilə dəyişdirilib və prezident Salome Zurabişvilinin and içməsindən sonra 2018-ci il dekabrın 16-da qüvvəyə minib. Zurabişvilinin səlahiyyət müddəti 2024-cü ildə başa çatır. Yeni prezident seçkilər kollegiyası tərəfindən 5 il müddətinə, müzakirəsiz, gizli səsvermə yolu ilə seçiləcək.
Konstitusiyanın 50-ci maddəsinə əsasən, seçki kollegiyasına 300 seçici, o cümlədən parlamentin bütün üzvləri, Abxaziya və Acarıstan muxtar respublikalarının ali nümayəndəlik orqanları daxildir. Digər nümayəndələr yerli özünüidarə orqanlarının - şuraların tərkibindən müvafiq siyasi partiyalar tərəfindən müəyyən edilmiş kvotalara uyğun olaraq irəli sürülür.
Ən azı 30 seçicinin prezidentliyə namizəd irəli sürmək hüququ var. Bir seçici yalnız bir namizədin irəli sürülməsini dəstəkləmək və yalnız bir namizədə səs vermək hüququna malikdir. Seçkilərin birinci turunda ən çox, lakin seçicilərin ümumi sayının çoxluğundan az olmayan səs toplayan namizəd seçilmiş hesab ediləcək. Gürcüstan prezidenti birinci turda seçilməsə, birinci turda ən yaxşı nəticə göstərən 2 namizəd ikinci turda mübarizə aparacaq. İkinci turda daha çox səs toplayan namizəd seçilmiş hesab ediləcək.
Seçkilərdə ümumi seçicilərin yarıdan çoxu iştirak edərsə, seçkilərin birinci və ya ikinci turu başa çatmış sayılır. Seçkilər baş tutmadıqda və ya seçki kollegiyası Gürcüstan prezidentini seçə bilmədikdə, 30 gün ərzində Gürcüstan prezidentinin təkrar seçkiləri keçirilir.
Gürcüstanda ən azı 15 il yaşayan 40 yaşdan yuxarı seçki hüququna malik Gürcüstan vətəndaşı Gürcüstanın prezidenti seçilə bilər. Eyni şəxs yalnız iki dəfə prezident seçilə bilər.