Gürcüstanın prezident administrasiyası bəyan edib ki, Salome Zurabişvilinin Avropa Parlamentində çıxış etməli olduğu Strasburqa səfəri Gürcüstan hökuməti tərəfindən təsdiqləmə prosesinin süni şəkildə yubadılması səbəbindən təxirə salınıb. Hökumət ittihamı rədd edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan prezidenti Strasburq şəhərinə olan olduqca mühüm səfərini təxirə salmaq qərarına gəlib, çünki prezident hesab edir ki, bu, depolarizasiyaya doğru addım olmalıdır, əksinə deyil. Avropa Parlamentinə müraciət və Avropa İttifaqının ən yüksək nümayəndələri ilə görüşmək imkanından namizəd statusumuzu möhkəmləndirmək üçün maksimum istifadə edilməlidir və buna görə də çıxış üçün münasib vaxt Avropa Parlamenti prezidenti ilə birlikdə seçiləcəkdir.”, - prezident administrasiyasının yaydığı bəyanatda deyilir.
Hökumət administrasiyası izah edir ki, səfərin təxirə salınmasına səbəb kimi hökumətin təsdiqləmə prosesini süni şəkildə yubandırması ilə bağlı yayılan məlumatlar yalandır və həqiqətə uyğun deyil. Administrasiyanın məlumatına görə, prezident Strasburqa planlaşdırılan səfərlə bağlı şifahi razılığı hələ martın əvvəlində, ABŞ-a səfəri zamanı alıb.
“Hökumət administrasiyası ilə prezident administrasiyası arasında iş prosesi və texniki təfərrüatların dəqiqləşdirilməsi gedirdi. Prezident administrasiyasından hökumət administrasiyasına sonuncu, dəqiqləşdirilmiş məktub aprelin 12-də daxil olub və ertəsi gün, aprelin 13-də ona 17-19 aprel tarixlərində Fransa Respublikasına, Strasburqa işgüzar səfərlə bağlı yazılı razılıq göndərilib.
Həmçinin, Gürcüstan Prezidentinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərlə bağlı yazılı razılıq göndərilib. Bununla, qeyd edirik ki, Prezidentin 13-16 mart tarixlərində Fransa Respublikasına və Belçika Krallığına işgüzar səfəri zamanı hökumət administrasiyası martın 10-da Prezident Administrasiyasından daxil olan məktuba martın 13-ü razılıq verib. Müvafiq olaraq, hökumət administrasiyası həm əvvəlki səfərlərdə, həm də qeyd olunan səfərlə bağlı dərhal öz razılığını verib”, - deyə hökumət administrasiyası bilidrir.
Salome Zurabişvilinin Avropa Parlamentində çıxışı aprelin 18-ə təyin edilmişdi. Zurabişvili bu məlumatı martın 31-də Gürcüstan parlamentinə illik məruzəni təqdim edərkən açıqlayıb. Onun sözlərinə görə, o, Avropa Parlamentinin sədrinin dəvəti ilə Strasburqa getməli idi.
Bu mövzu haqqında:
Prezident deyir ki, baş nazirdən başqa bütün nazirlərlə normal ünsiyyəti var