Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə bildirib ki, vaxtında Ukrayna və Gürcüstan Müstəqil Dövlətlər Birliyini tərk etdiyi kimi, indi heç bir ittifaqı tərk etməyin vaxtı deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Dünyadakı hazırkı vəziyyət bizim bir yerdə olmağımız barədə heç bir şübhə yeri qoymur. Gürcüstanın timsalında - onların siyasətində müəyyən dəyişikliyi görmək olar: onlar Qərbin vədlərindən beziblər və bizim bazara qayıtmaq istəyirlər, çünki heç kim sizi öz bazarlarına nə südlə, nə ətlə, nə də şərabla buraxmaz. Bazarlar çoxdan bölünüb və onlar üçün şiddətli mübarizə gedir. Bu, bir yerdə qalmağımızın ikinci səbəbidir. Bu, bizim mənimsənilmiş bazarımızdır”, - Lukaşenko bildirib.
Belarus prezidentinin sözlərinə görə, əgər onlar Qərb ölkələrinə nəsə təklif etsələr, bunu yalnız resurs və ya Qərbə sərfəli siyasət müqabilində edirlər.
Lukaşenko ilə görüşdə Rusiya, Ermənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Belarusun xarici işlər nazirləri iştirak ediblər.
Bu mövzu haqqında: