Parlament bürosunun qərarına əsasən, “Alt-İnfo”nun təqdim etdiyi qanun layihəsinə plenar iclasda baxılması üçün son tarix olaraq mayın 5-i müəyyən olunub. Qanun layihəsi hökumətə anti-Rusiya və ukraynayönümlü yığıncaq və nümayişləri qadağan etməyə imkan verir. Rusların Gürcüstana daxil olmasına qarşı aksiyaların iştirakçıları 2 ilədək həbslə cəzalandırılır. Qanun layihəsində dini hisslərin təhqir oluna biləcəyi, iğtişaşların qızışdırılacağı, cinsi oriyentasiyanın nümayiş etdiriləcəyi mümkün olan bu cür yığıncaqların keçirilməsi qadağan edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanun layihəsinin müəllifləri rusiyayönümlü və zorakı “Alt-İnfo” partiyasının liderləri Qiorqi Kardava, Zurab Maxaradze, İrakli Morqoşia, Şota Martinenko və Konstantin Morqoşiadır. Ən azı 25 min seçicinin imzası ilə qanun layihəsi parlamentə 2022-ci il noyabrın 7-də, “Gürcü Arzusu”ndan (“Xalqın Gücü”) formal olaraq ayrılan deputatlar “xarici agentlər” haqqında rus qanununun təşəbbüskarı olmadan əvvəl təqdim edilib.
Rus qanunları, maliyyə cəhətdən hökumətdən müstəqil olan qeyri-hökumət təşkilatları və media qurumlarını “xarici təsir agentləri” kimi qeydiyyatdan keçirməyi tələb edirdi və onun məqsədi ölkədəki müstəqil ictimai təşkilatları yox etmək idi. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell qanun layihəsinin qəbulunun Aİ norma və dəyərlərinə uyğun gəlməyəcəyini birbaşa bəyan edib.
Görünməmiş beynəlxalq reaksiyaya baxmayaraq, parlament çoxluğu “agentlər haqqında” qanunu martın 7-də sürətləndirilmiş şəkildə yenə də qəbul etdi və bu Tbilisidə çoxminlik etiraz aksiyalarını öz bərabərində gətirdi. Hökumət nümayişləri gözyaşardıcı qaz, su şırnaqları və bibər qazından istifadə edərək dağıdıb. Qəddarcasına dağıdılmalardan sonra etirazçılar Daxili İşlər Nazirliyinin maşınlarını sındıraraq od vurublar. Güclü etiraz nəticəsində hökumət martın 10-da “rus qanunu”nun ikinci oxunuşda ləğv etməyə məcbur olub.
“Alt-İnfo”nun müəllifliyi ilə parlamentdə qeydiyyata alınan qanun layihəsi sərbəst toplaşmaq, ifadə və söz azadlığına qarşı yönəlib.
Gürcüstanın “yığıncaqlar və nümayişlər haqqında” qanununa yeni maddə əlavə edilir ki, bu da, əgər o cinsi orientasiyanın nümayişi, təbliği və ya təşviqi məqsədini güdür və ya nümayiş əsnasında bu kimi hallara yolverilirsə yığıncaq və ya nümayişin keçirilməsini qadağan edir. Həmçinin, əgər o hər hansı bir dini cərəyan əleyhinə, böhtan və/yaxud hər hansı dini təriqətə mənsub şəxslərin əqidəsinə qarşı təhqiramiz çıxışlar və çağırışlar məqsədi daşıyar və ya nümayiş əsnasında bu kimi hallar yaşanar və ya müharibə və zorakılığın təbliği, milli, regional, dini və ya sosial qarşıdurmanın qızışdırılmasına yol verilərsə nümayişin keçirilməsi qadağan edilir.
Bu qanun qəbul olunarsa, hökumətin bəyənmədiyi hər hansı yığıncağı qeyri-qanuni elan etmək, ilk dəfə toplantı iştirakçılarını 3000 lari məbləğində və ya 25 günə qədər həbs cəzası ilə cəzalandırmaq, qaydanı pozan təşkilatçıdırsa, 5000 lari məbləğində və ya 30 günə qədər həbs cəzası üçün hüquqi rıçaqı olacaq. Bu qaydanın təkrar pozulması halında cinayət işi başlanacaq və onu pozan şəxs 2 ilədək müddətə azadlıqdan məhrum ediləcək.
“Hakimiyyət yığıncağın hər hansı bir qrupun dini hisslərini təhqir etdiyini və ya müharibənin təbliğatına xidmət etdiyini hesab edərsə, həm planlaşdırılan yığıncağı qadağan etmək, həm də davam edən nümayişin dayandırılmasını tələb etmək hüququna malik olacaq”. Bu meyarlar qeyri-müəyyəndir və hökumət şərhindən asılıdır. Mövcud praktikanı nəzərə alsaq, hökumətin qeyri-müəyyən kriteriyalardan öz maraqlarının xeyrinə istifadə edəcəyi aydındır. Qanun layihəsinin bu formada təsdiqlənməsi Gürcüstan Konstitusiyası və İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan fundamental hüquqların (toplaşmaq və nümayiş etrmək azadlığı, söz və ifadə azadlığı) mütləq məhdudlaşdırılmasına gətirib çıxaracaq”, - hüquqşünas Lado Kutateladze deyir.
“Hökumətin son bəyanatlarından da göründüyü kimi, bu qanun layihəsinin Aİ-yə üzvlük namizədliyini sabotaj etmək üçün istifadəsini gözləməliyik. Bilirik ki, problemlərə baxmayaraq, qalan bir neçə ayda mühüm bir maneə olmasa, namizəd statusunun verilməsi ilə bağlı müsbət mesajlar gəlir. Oxşar qanunlar Avropa İttifaqında qadağandır. Bu qanun fəallara qarşı geniş repressiya üçün istifadə olunacaq”, vəkil Qiorqi Mşvenieradze deyir və bir neçə misal gətirir:
- Bu qanun küçədə etirazını ifadə edən kəsləri həbslə cəzalandıracaq;
- Bu qanun Rusiyaya qarşı Ukraynanı dəstəkləyən yığıncaq və nümayişləri həbslə cəzalandırır.
- Bu qanun rusların Gürcüstana daxil olmasına qarşı aksiyaların keçirməni həbslə cəzalandırır.
Mayın 2-də “Gürcü Arzusu” təbliğat-təşviqat telekanalı “İmedi” və “Rustavi 2” Gelapi tərəfindən 2023-cü ilin fevralında dərc olunmuş araşdırma əsasında süjetlər hazırlayıblar ki, bu araşdırmaya əsasən gənclər arasında LGBTQ-lərin identifikasiyası daha çox müşahidə olunur. “Araşdırma müəllifləri yazır ki, yeniyetmələr arasında bu göstərici 7,2% təşkil edir və son 10 ildə iki dəfə artıb. Bundan 7 ay əvvəl, 2022-ci ilin iyununda Williams İnstitutunun araşdırması dərc edilmişdi ki, ona görə də ABŞ-da 13-17 yaş arasında olan 1,6 milyondan çox yeniyetmə və yetişkinin transseksual olduqlarını təsdiqləyirlər. Tədqiqat dünyanın bir çox ölkələrində, o cümlədən Gürcüstanda yüksək qiymətləndirilir. Sualımıza cavab olaraq hakim partiyanın icraçı katibi deyir ki, məlumatlar təbliğatın nəticəsini göstərir”, – “Teleimedi”nin sujetinin müəllifi Mamuka Mdinaradzenin şərhinə istinadən qeyd edir:
“Hüquqların müdafiəsi ilə təbliğatın ayrılması çox ciddi məsələdir. LGBT təbliğatını və LGBT insanların hüquqlarının müdafiəsini də bir-birindən ayırmalıyıq. Hər hansı bir qrupun təmsilçiliyindən asılı olmayaraq, başqa bir insana qarşı ayrı-seçkilik edəcək şəxs olmamalıdır, lakin digər tərəfdən də bu heç bir halda LGBT təbliğatı ilə qarışdırılmamalıdır. Nüfuzlu bir qurumun araşdırmasında da göründüyü kimi, çox təbliğatın elə nəticələr gətirir ki, onun hesabına sayı buna görə arta bilər.
LGBTQ təbliğatının qanunla qadağan edilməsi aprelin 30-da “Gürcü Arzusu”nun təbliğatçısı Qiorqi Qaçeçiladzenin (“Naməlum”) təşkil etdiyi aksiyanın əsas tələblərindən biri olub. Mayın 2-də “Avropa Sosialistlərindən” olan deputat Fridon İncia parlamentin iclasında 30 aprel aksiyasının tələblərini qanun layihəsi kimi qeydiyyatdan keçirmək niyyətində olduğunu açıqlayıb. Bu gün, mayın 3-də Mamuka Mdinaradze bildirib ki, “Gürcü Arzusu” Fridon İncianın elan etdiyi LGBT təbliğatını məhdudlaşdıran qanun layihəsinin qəbuluna baxmayacaq.
Dindarların hisslərini təhqir etməyi qadağan edən oxşar məzmunlu qanunvericilik Rusiyada qüvvədədir. İbadət yerləri də daxil olmaqla, dindarların hisslərini təhqir edən ictimai hərəkətlərə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Etnik və ya dini nifrət və ya iğtişaş salmağa yönəlmiş təbliğat və ya təşviqat, habelə eyni xarakterli məlumatın yayılması və ya həyata keçirilməsi və saxlanması cinayət təqibinə səbəb olur. Rusiyada “qeyri-ənənəvi cinsi əlaqənin təbliği” də qadağandır. BMT-nin İnsan Hüquqları Komitəsi belə qanunların beynəlxalq paktlarda nəzərdə tutulan mülki və siyasi hüquqları pozduğunu müəyyən edib.
“Alt-İnfo”nun qanun layihəsinin müəlliflərindən biri Konstantin Morqoşia yazır ki, “Gürcü Arzusu” tərəfdaş partiyaları vasitəsilə “Alt-İnfo”nun tələb etdiyi bütün qanunları qəbul edəcək. “Bu xəbər məni çox sevindirir, heç vaxtdan gec yaxşıdır, mən həmişə demişəm və indi də təkrar edirəm, 5 iyul gürcü xalqının ən böyük qələbəsi və Gürcüstanda liberalizmin sonunun başlanğıcı olub”.
2021-ci il iyulun 5 və 6-da Tbilisidə peşə vəzifələrini yerinə yetirərkən homofob və zorakı qrupların kütləvi hücumu nəticəsində 53 media nümayəndəsi xəsarət alıb. İyulun 11-də “TV Pirveli” telekanalının operatoru Lekso Laşkarava evində ölü tapılıb. Operator 5 iyul hücumları zamanı nifrət qrupları tərəfindən şiddətli şəkildə döyülüb - beyin trvması alıb, üz sümükləri sınıb və cərahhi əməliyyat keçirməli olub. Hakimiyyət mütəşəkkil zorakılığın təşkilatçılarından heç birini həbs etməyib.