Gürcüstan Strasburq məhkəməsində Rusiyaya qarşı “Davam edən işğal işi”ndə qalib gəlib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa İnsan Haqları Məhkəməsi dördüncü dövlətlərarası “Gürcüstan Rusiyaya qarşı” işi (“Davam edən işğal işi”) üzrə qərarını açıqlayıb.

Məhkəmə yekdilliklə Avropa İnsan Haqları Konvensiyasının aşağıdakı maddələrinin Rusiya tərəfindən pozulduğunu müəyyən edib: yaşamaq hüququ (2-ci maddə); işgəncənin/pis rəftarın qadağan edilməsi (3-cü maddə); azadlıq və təhlükəsizlik hüququ (5-ci maddənin birinci hissəsi); şəxsi və ailə həyatının qorunması hüququ (maddə 8). Bundan başqa, məhkəmənin qərarına əsasən, sərbəst hərəkət, mülkiyyəttəhsil hüquqları da pozulub.

Məhkəmə izah edir ki, “2008-ci ilin avqustunda Gürcüstan-Rusiya münaqişəsinin ən ağrılı miraslarından biri” adlandırılan “sərhədləşdirmə” insanların Gürcüstanın nəzarətində olan ərazilərlə Rusiyanın dəstəklədiyi separatçı bölgələr arasında inzibati sərhədlərin sərbəst keçilməsinə mane olur.

Gürcüstan hakimiyyəti 2018-ci il avqustun 22-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək, etnik gürcülərin inzibati xətti keçmək istəyərkən “sərhədi qeyri-qanuni keçdikləri üçün” öldürüldüyünü, saxlandığını və/və ya pis rəftara məruz qaldığını iddia edib. Bundan əlavə, insanlar becərdikləri torpaqlardan məhrum edilib, ailələr bölünüb və uşaqlar rus dilində təhsil almaqla Gürcüstanın nəzarətində olan ərazidəki məktəbə uzun məsafə qət etmək arasında seçim etmək məcburiyyətində qalıblar.

Məhkəmə “sərhədləşdirmə” prosesinin başladığı 2009-cu ildən Rusiyanın Avropa Konvensiyasından çıxdığını elan etdiyi 2022-ci ilin sentyabrın 16-na kimi Gürcüstan hökumətinin şikayətinə baxmaq üçün yurisdiksiyasiyaya malik olduğuna qərar verib.

Gürcüstan hökuməti məhkəməyə 109 qurbanın siyahısını təqdim edib, məhkəmə onlardan ən azı 70-nə baxıb. Onların arasında Abxaziyada yaşayan və Gürcüstanın nəzarətində olan ərazidə pensiyasını almaq və ya dərman almaq üçün alternativ yollarla inzibati sərhədi keçməyə cəhd edərkən həlak olan yeddi etnik gürcü də var. Məhkəmə qondarma sərhədi “qanunsuz keçməyə” görə 2800-dən çox həbs və saxlanılma halının olduğunu təsdiqləyib.

Avropa İnsan Haqları Məhkəməsi müəyyən edib ki, iddia edilən insidentlərin pozuntular misalı və ya sistemi sayılması, ayrı-ayrılıqda deyil, kifayət qədər çoxsaylı və bir-biri ilə əlaqəli olduğuna dair ağlabatan şübhələrdən kənar nəticə çıxarılması üçün kifayət qədər sübut - qurbanların siyahıları, ifadələri, media hesabatları və beynəlxalq materiallar var. Üstəlik, məhkəmə müəyyən edib ki, Rusiya hakimiyyəti bu cür təcrübələrə dözümlü olub.

Gürcüstanın Ədliyyə naziri Rati Breqadze brifinqdə Strasburq məhkəməsinin qərarını şərh edib. Onun sözlərinə görə, bu qərarda Gürcüstanın ərazi bütövlüyü, eləcə də “sərhədləşdirmə” prosesinin qanunsuzluğu açıq şəkildə vurğulanıb.

“Strasburq Məhkəməsinin bugünkü qərarı çox güclü hüquqi silahdır və bu, bizə demək hüququ verir ki, Gürcüstanın işğal olunmuş ərazisində baş verən istənilən pozuntu Rusiya Federasiyasının üzərinə düşür və bu dövlət məsuliyyət daşıyır”, - Breqadze bildirib. 

2007-ci ildən sonra Gürcüstan Rusiyaya qarşı Avropa Məhkəməsinə daha üç apellyasiya şikayəti verib, onlardan ikisi artıq elan olunub. Bundan əlavə, Strasburq Məhkəməsinin məlumatına görə, 2008-ci ildə baş vermiş silahlı münaqişə və ya sərhədləşdirmə prosesi ilə bağlı Gürcüstan, Rusiya və ya hər iki dövlətə qarşı 200-ə yaxın fərdi şikayət daxil olub.

2023-cü ildə Məhkəmənin Böyük Palatası Rusiya Federasiyasının 2008-ci ilin avqust müharibəsindən zərər çəkmiş 24.000 Gürcüstan vətəndaşının xeyrinə 129.827.500 avro ödəməsinın qərar verib.

Rusiya Avropa İnsan Haqları Konvensiyasından çıxıb və məhkəmə qərarlarını icra etməkdən imtina edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur