Gürcüstanda orta aylıq əmək haqqı artıb və 2044 lari təşkil edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

2023-cü ilin dördüncü rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3%, yəni 270,9 lari artaraq 2044,5 lari təşkil edib. Bundan başqa, qadınların orta əmək haqqı 1607,3 lari, kişilərin isə 2463,8 lari müəyyən edilib.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, fəaliyyət növünə görə aşağıdakı sahələrdə nisbətən yüksək əməkhaqqı qeydə alınıb:

  • İnformasiya və rabitə - 4309,2 lari (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3% artıb);
  • Maliyyə və sığorta fəaliyyəti - 3110,0 lari (artım 14,1%);
  • Tikinti - 3062,5 lari (artım 20,8%);
  • Peşə, elmi və texniki fəaliyyət - 2920,5 lari (artım 19%).

İllik əmək haqqının artımı qadınlarda 195,6 lari (13,9%), kişilərdə isə 340,7 lari (16%) təşkil edib. “Geostat”ın hesabatına görə, fəaliyyət növündən asılı olaraq bütün sektorlarda kişilərin əmək haqqı qadınların əməkhaqqından yüksək olub.

Ötən ilin dördüncü rübündə biznes sektorunda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 285,1 lari (14,9%) artaraq 2 196,2 lari təşkil edib. Fəaliyyət növlərinə görə ən yüksək əməkhaqqı informasiya və rabitə (4420,5 lari, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artıb) və peşə, elmi və texniki fəaliyyət (3 393,5 lari, 22,4% artım) sahələrində qeydə alınıb.

Qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 242,7 lari (15,9%) artaraq 1765,7 lari təşkil edib. Fəaliyyət növünə görə maliyyə və sığorta fəaliyyətində çalışanlar nisbətən yüksək orta əmək haqqına malikdirlər.

Ən yüksək orta aylıq əmək haqqı Tbilisidədir və 2392,9 lari təşkil edir. Sonra Mtsxeta-Mtianeti bölgəsi - 1828,2 lari, daha sonra isə Acara gəlir - 1796,5. Ən aşağı orta aylıq əmək haqqı Raça-Leçxumi və Kvemo Svaneti bölgəsindədir - 1013,6 ​​lari.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur