Uşaqların üçdə birindən çoxu, 35%-i məktəbdə olduqları müddətdə heç vaxt qidalanmır, 14%-i nadir hallarda, 24%-i isə bəzən qidalanır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu tərəfindən hazırlanan uşaqların rifahı ilə bağlı araşdırmada qeyd olunur ki, Gürcüstanda məktəb saatlarında qidalanma əhəmiyyətli problemdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
UNICEF qeyd edir ki, gün ərzində nizamlı yemək xüsusilə uşaqlar üçün sağlam qidalanmanın vacib hissəsidir. Əksər Avropa ölkələrindən fərqli olaraq, Gürcüstanda məktəbdə uşaqların qidalanması ilə bağlı mütəşəkkil sistem yoxdur.
Dərs saatlarında, gündəlik olaraq uşaqların yalnız dörddə birindən biraz çoxu (27%) qidalanır. Qida qəbulunun olmama halıa, maddi və sosial məhrumiyyəti olan uşaqlarda (44,9%), maddi və sosial məhrumiyyətləri olmayan uşaqlara nisbətdə (28,4%) daha çox rast gəlinir. Onlar qida qəbulunun olmaması səbəbi kimi ən çox maliyyə problemlərini göstərirlər.
UNICEF-in araşdırmasına görə, şəhər və kənd yerlərində uşaqların dərs saatlarında qidalanmamsının səbəbləri fərqlidir. Xüsusən kənd yerlərində əsas səbəb kimi məktəbdə və ya yaxın ərazidə qida əldə etmənin mümkün olmaması halını dilə gətirirlər.
“Bu səbəb uşaqların dərs saatlarında qida qəbul etməməsi hallarının 47,9 faizində müşahidə olunub. Şəhər tipli qəsəbələrdə məktəbdə və ya yaxınlığında iaşə obyektlərinin olmaması daha nadirdir (28%), lakin aşağıdakı səbəblərə daha çox rast gəlinir: onların yemək almağa və ya qəlyanaltı götürməyə pulu yoxdur (24,1%) və valideynlər aldıqları qidanın keyfiyyətindən şübhələnirlər. (14,2%).
Daha aşkar fərq maddi və sosial cəhətdən əlverişsiz olan və olmayan uşaqlar arasında müşahidə edilib: maddi və sosial imkanları məhdud olan uşaqların məktəbdə qidalanmaq və ya evdən bişirilmiş yemək götürmək üçün kifayət qədər pulunun olmaması halı səbəblər arasında 37,7%-i təşkil edir. Həmin səbəblə dərs saatlarında yeməkdən imtina maddi və sosial çatışmazlıqları olmayan uşaqların 3,3%-i edir.
Uşaqların rifahı tədqiqatı iştirakçılarına uşaqların məktəbdə qidalanmalı olub-olmaması sual olunub. Valideynlərin/ailə üzvlərinin 83,2%-i bu suala müsbət cavab verib. Bununla belə, respondentlərin əksəriyyəti (74,2%) əgər bu məbləğ onlar üçün əlçatandırsa, məktəbdə qidalanma proqramları üçün pul ödəmək istədiklərini, 10,3% bu pulu ödəyə bilməyəcəklərini, digər 12,5% isə məktəbin uşağı pulsu yedizdirməli olduğunu hesab edir. Şəhər və kənd yerlərində bu cavablar çox oxşardır.
Ötən həftə 150-dən çox müəllim müraciət yayaraq, hər gün siniflərində ac şagirdlər gördüklərini, əksəriyyətinin məktəbdə və ya məktəbdən kənarda ən ucuz qidanı belə almağa imkanının olmadığını, bir çoxunun isə nisyə qidalandığını yazmışdı.“Dərs vaxtı qida çatışmazlığı şagirdlərdə dərs zamanı diqqətin azalmasına, əhvalının olmamasına, stressə və hətta huşunu itirməsinə belə səbəb olur”, - deyə müəllimlər qeyd edir və məktəbdə pulsuz qidalanmanın tətbiqini tələb edirlər.
Tsalenjixa Gürcüstanda birinci sinif şagirdlərini yeməklə təmin edən yeganə bələdiyyədir. İki aydır ki, bələdiyyənin 30 dövlət məktəbinin 300 birinci sinif şagirdinin gündəlik yeməyi 4 lari ilə maliyyələşdirilir. 2023-cü ilə qədər proqramın büdcəsi 220 min lari təşkil edir.