Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin sözlərinə görə, Qərb ölkələri Gürcüstan hakimiyyətini Rusiyaya qarşı “ikinci cəbhə”nin açılmasının zəruriliyinə inandırmağa çalışırlar ki, indi Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün əlverişli məqamdır. Narışkin bu barədə Belarusun paytaxtı Minskdə prezident Aleksandr Lukaşenko ilə görüşündə bildirib. Rusiya hökumətinin yüksək vəzifəli şəxsləri kimi, Gürcüstanda “ikinci cəbhə”nin açılmasının təhlükələrindən baş nazir İrakli Ğaribaşvili və hakim “Gürcü Arzusu” partiyasının liderləri də danışırlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz Vaşinqtonun, Brüsselin, Londonun və digər Qərb paytaxtlarının Gürcüstan rəhbərliyini eyni adlı ikinci cəbhənin açılışına inandırmaq üçün israrlı səylərini görürük.. Onlar Gürcüstan hakimiyyətini əmin edirlər ki, indi Abxaziya və Cənubi Osetiya ərazilərinə nəzarətin bərqərar olması üçün doğru məqamdır.
Döyüş meydanında vəziyyət Ukraynanın xeyrinə getmir və buna görə də Gürcüstanı Rusiya Federasiyası ilə hərbi münaqişəyə girməyə məcbur edirlər.
Bu nöqteyi-nəzərdən, eyni adlı “xarici agentlərin təşkilatları” haqqında qanun layihəsinin Gürcüstan parlamentində müzakirəsi ilə əlaqədar olan Tbilisidəki son hadisələri, kütləvi dalğalanmanı xatırlaya bilərik. Bu dalğalanma qeyri-hökumət təşkilatlarının instrumentləri vasitəsilə Vaşinqtondan, Londondan böyük ölçüdə dəstəklənib və ya hətta təşəbbüs edilib”, - Narışkin jurnalistlərə bildirib.
Aprelin 3-də hökumətin iclasında baş nazir İrakli Ğaribaşvili Rusiya-Ukrayna müharibəsi ilə bağlı bildirib ki, Ukrayna ərazisinin böyük bir hissəsi, 20%-dən çoxu artıq poliqona çevrilib, məhvedici müharibə gedir, şəhərlər, kəndlər, rayonlar yerlə yeksan olur və buna mane olan yoxdur.
“Bizə qarşı mövcud olan plan, ukraynalaşdırma planı və ikinci poliqona çevirmək planı, əlbəttə ki, düşmənlərimiz üçün növbəti dəfə iflasa uğradı”, – Ğaribaşvili deyib və bu kontekstdə 7-9 mart tarixlərində Tbilisidə keçirilən etiraz aksiyalarını xatırladıb.
Gürcüstan prezidentini Salome Zurabişvilinin qiymətləndirməsinə görə, Tbilisi və Moskva “ikinci cəbhə” mövzusunda eyni dildə danışırlar.