Gürcüstanın on bələdiyyəsində bu gün, aprelin 29-da parlament və bələdiyyə şuralarına aralıq seçkilər, həmçinin növbədənkənar mer seçkiləri keçirilir. Seçicilər Poti-Senaki-Xobinin majotitar deputatını, Qurcaani, Tianeti, Axaltsixe, Tkibuli, Kutaisi şəhər şuralarının majoritar deputatlarını, həmçinin Tsageri və Terjoli merlərini seçirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Səsvermə ümumilikdə 185 056 seçicinin qeydiyyata alındığı 165 seçki məntəqəsində aparılır.
Poti, Senaki və Xobi seçki dairələrində majoritar deputatlığa iki namizəd var - Qiorqi Xaxubia (“Gürcü Arzusu”) və Besik Tsuleiskiri (“Azad Gürcüstan”). Aralıq seçkilərin keçirilməsi zərurəti 2022-ci ilin oktyabrında Poti, Senaki və Xobinin majoritar deputatı İrakli Xaxubianın vəfat etməsindən sonra yaranıb. Deputat intihar edib. Qiorqi Xaxubaia onun oğludur.
Tsageri və Terjoli merlərinin növbədənkənar seçkilərində bir namizəd iştirak edir. Hakim “Gürcü Arzusu” partiyası Levan Zalkalianini Tsageri merliyinə, Manuçar Robakidzeni isə Terjoli merliyinə namizəd kimi irəli sürüb. 2021-ci il oktyabrın 2-də keçirilən yerli özünüidarə seçkiləri nəticəsində “Gürcü Arzusu”ndan Qiorqi Nemsadze Tsagerinin meri seçilib, lakin bir il ərzində vəzifəsindən istefa verib. Terjoli merliyinə növbədənkənar seçkilər mer Laşa Qoqiaşvilinin vəfatı ilə əlaqədar təyin edilib.
Qurcaani, Tianeti, Axaltsixe və Kutaisi şəhər şuralarının növbədənkənar seçkilərində namizədlərini yalnız “Gürcü Arzusu” təqdim edib, Tkibulidə isə hakim partiya nümayəndəsinin rəqibi təşəbbüs qrupunun namizədidir.
Mərkəzi Seçki Komissiyasının bildirdiyi kimi, bu, elektron texnologiyaların geniş miqyasda tətbiq olunacağı ilk seçkidir. Səsvermə 117 seçki məntəqəsində, seçicilərin yoxlanılması, səsvermə və sayma aparatlarından istifadə etməklə keçirilir. Belə məntəqələrdə seçki bülleteni fərqlidir - seçici istədiyi namizədin nömrəsini dairəyə almamalı, namizədin qarşısındakı dairəni rəngləməlidir. Qalan 48 seçki məntəqəsində səsvermə mövcud qaydalar əsasında aparılır.