Milli Demokratiya İnstitutunun keçirdiyi, bu gün dərc olunan sorğunun nəticələrinə əsasən, hər altıncı vətəndaş emiqrasiyay getməyi düşünür. Tədqiqata görə, gənc vətəndaşlar və kişilər arasında ölkəni tərk etmək istəyi nisbətən yüksəkdir. Demək olar ki, hər altıncı vətəndaşın artıq xaricdə yaşayan və ona müntəzəm pul göndərən ailə üzvü var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Respondentlərin əksəriyyətinin, yəni 34%-nin maliyyə imkanları 5 il əvvəllə müqayisədə pisləşib, 35%-inki isə eynidir. 28% 5 il əvvəlkindən daha yaxşı maliyyə vəziyyətinə sahib olduqlarını deyir, qalanları isə “bilmirlər”.
Əhali artan qiymətlər, iş yerləri və yoxsulluğu ölkədəki ən böyük problemlər arasında adlandırmaqda davam edir. Respondentlərin 48%-i, yəni demək olar ki, hər ikinci vətəndaş Gürcüstanın iqtisadi vəziyyətini “pis” kimi qiymətləndirir. 9% iqtisadi vəziyyətin yaxşı olduğunu, 42% isə “orta” olduğunu bildirib. Eyni zamanda, 50% hökumətin iqtisadi problemləri həll edə biləcəyinə əmin deyil.
Tədqiqat 17-23 mart tarixlərində Gürcüstanın yetkin əhalisi (işğal olunmuş ərazilər istisna olmaqla) arasında ölkə miqyasında aparılmış telefon sorğusunun nəticələrinə əsaslanır. Sorğuya 1032 müsahibə daxildir. Sorğunun orta xətası +/- 2 faizdir.
Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ildə emiqrasiyaya gedənlərin sayı artıb - Gürcüstanın 100 802 vətəndaşı ölkəni tərk edib. Həmin dövrdə 54 405 vətəndaş Gürcüstana qayıdıb.