Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberqin sözlərinə görə, Gürcüstanın baş naziri ilə görüşdə “NATO” ilə Gürcüstan arasında tərəfdaşlığın gələcək inkişafı müzakirə edilib. Stoltenberq bir daha islahatlara, o cümlədən qanunun aliliyinin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Avropa İttifaqı tərəfindən verilən namizəd statusu sizin sabitlik və rifahınızı gücləndirmək üçün mühüm imkandır.
Aİ-yə daxil olmaq üçün nə edirsinizsə, “NATO”nun tamhüquqlu müttəfiqi olmaq üçün də eyni şeyi etməyiniz lazımdır. Gürcüstanın yerli islahatları, demokratik dəyərləri və qanunun aliliyini gücləndirməyə davam etməsi vacibdir, o cümlədən bu ilin oktyabrında keçiriləcək azad və ədalətli parlament seçkilər vasitəsilə”, - Yens Stoltenberq brifinqdə bildirib.
Baş katibin qeyd etdiyi kimi, “NATO” daha güclü demokratiyaya və tam Avroatlantik inteqrasiyaya aparan yolda Gürcüstanın yanındadır. Onun sözlərinə görə, bu dəstəki Buxarest qərarı ilə təsdiqlənir ki, ona əsasən Gürcüstanın alyansa üzv olmaldır.
“NATO”nun baş katibi fevralın 18-də Tbilisidə olub. O, prezident Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşüb. Cənubi Qafqaza üç günlük turu çərçivəsində Yens Stoltenberq İrəvana gedib və burada Ermənistan prezidenti Vahqan Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşüb. Bazar və bazar ertəsi Stoltenberq Bakıda Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən xarici işlər naziri və müdafiə naziri ilə görüşüb.