ABŞ səfiri Kelli Deqnan hakimlərin sanksiyaya məruz qalması ilə bağlı bildirib ki, Gürcüstan hüquq-mühafizə orqanları onların korrupsiyada iştirakı ilə bağlı iddiaları özləri araşdıra bilər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Səfirin sözlərinə görə, Dövlət Departamentinin dörd hakimə qarşı tətbiq etdiyi viza sanksiyaları bu şəxslərin məhkəmə sistemində səlahiyyətlərindən sui-istifadə etdiyinə dair yetərli və etibarlı sübutlara əsaslanır.
“Bu, ictimaiyyətə açıq olan məlumatlara əsaslanır və bu məlumat və iddialar illərdir ki məlumdur. Amerika qanunları kifayət qədər məlumatımız olduqda bunu etməyimizi tələb edir. Təbii ki, Gürcüstan özü istənilən məlumat və ya iddia ilə bağlı araşdırmaya başlaya bilər. Biz Amerika qanunlarının bizdən tələb etdiyi şeyi etmişik.
Ümid edirik ki, hökumət rəsmiləri bu fürsətdən istifadə edərək Gürcüstanın korrupsiyaya qarşı mübarizəyə sadiqliyini nümayiş etdirəcək və əsl müstəqil məhkəmə sisteminin yaradılması istiqamətində addımlar atacaqlar. İllərdir bu ittihamlar yayıldığı halda niyə indiyə qədər bu baş verməyib”, - deyə ABŞ səfiri “İmedi” teleşirkətinin efirində bildirib.
Kelli Deqnan sanksiyaya məruz qalmış hakim Levan Murusidzenin ABŞ səfirliyinin məhkəmənin müstəqilliyinə mane olması ilə bağlı ittihamına da cavab verib. Səfirin sözlərinə görə, səfirlik Gürcüstanda heç vaxt hakimə təzyiq göstərməyib və illərdir məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində çalışır.
Aprelin 5-də ABŞ Dövlət Departamenti üç hazırkı və bir keçmiş gürcü hakimi - Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadzenin ciddi korrupsiya fəaliyyətlərində iştirakına görə ABŞ-a girişini qadağan edib. Sözügedən sanksiya onların ailə üzvlərinə də şamil edilir.
ABŞ Dövlət Departamentinin qərarı Gürcüstan hakimiyyəti üçün anlaşılmaz və qəbuledilməzdir. Xarici İşlər Naziri İlia Darçiaşvili dövlət katibi Entoni Blinkenə ünvanladığı məktubda sübutların təqdim edilməsini və ya qərara yenidən baxılmasını tələb edir. Darçiaşvilinin sözlərinə görə, əks təqdirdə hakimlərə sanksiya tətbiq edilməsi halı “Gercüstan dövləti və gürcü xalqı tərəfindən suveren dövlətin müstəqil məhkəməsinə təzyiq və onun fəaliyyətinə kobud müdaxilə” kimi qəbul ediləcəck.