“Həmas” terror qruplaşmasının siyasi lideri İsmayıl Həniyə Tehranda öldürülüb. Bundan əvvəl o, İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edirdi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İslamçı” qrup tərəfindən yayılan bəyanatda İsmayıl Haniyənin iqamətgahına İsrailin hücumu nəticəsində öldürüldüyü bildirilir. İsrail rəsmiləri hələlik bu məsələyə münasibət bildirməyiblər.
İran İslam İnqilabı Keşikçiləri Korpusu da Haniyyənin ölümünü təsdiq edib və “Həmas” lideri ilə birlikdə onun mühafizəçilərindən birinin öldürüldüyünü bildirib.
İsmayıl Haniyə “Həmas” siyasi bürosunun sədri vəzifəsini tutub və qrupun siyasi əməliyyatlarına, o cümlədən danışıqlara rəhbərlik edib.
Haniyə Tehrana İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə gəlib. İyulun 30-da keçirilən sözügedən tədbirdə Gürcüstanın baş naziri İrakli Kobaxidze də iştirak edib.
May ayında Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Həniyə də daxil olmaqla, “Həmas”ın üç liderinin həbsinə order verilməsini istəyib. Prokurorun sözlərinə görə, onlar 2023-cü ilin oktyabrın 7-də İsrailə hücuma və yüzlərlə İsrail vətəndaşının öldürülməsinə görə məsuliyyət daşıyırlar.