Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və keçmiş Müdafiə Naziri Sergey Şoyqunun həbsinə order verib. Onlar hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə şübhəli bilinirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İki həbs qərarı da prokurorluğun təqdimatı əsasında çıxarılıb. Məhkəməyədək olan Palata müəyyən edib ki, Şoyqu və Gerasimovun ən azı 10 oktyabr 2022-ci ildən və 9 mart 2023-cü il tarixinədək olan müddətdə Rusiya hərbi qüvvələri tərəfindən Ukraynanın elektrik infrastrukturuna həyata keçirdiyi raket hücumlarına görə məsuliyyət daşıdığına inanmaq üçün ağlabatan əsaslar var. Məhkəmənin məlumatına görə, bu müddət ərzində Rusiya silahlı qüvvələri Ukraynanın müxtəlif yerlərində çoxsaylı elektrik stansiyalarına və yarımstansiyalara hücumlar həyata keçirib. “İddia edilən zərbələr mülki obyektlərə yönəlib”, - məhkəmə qeyd edib.
Şahidləri qorumaq və istintaqı təmin etmək məqsədi ilə orderlərin məzmunu məxfiləşdirilib.
2023-cü ilin yazında Haaqa Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Buna səbəb ukraynalı uşaqların Rusiyaya məcburi köçürülməsi olub.
Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil və onun tələblərinə əməl etmir. Eyni zamanda, məhkəmənin təsis sənədini - “Roma Statutunu” ratifikasiya etmiş istənilən ölkə axtarışda olan şəxsləri öz ərazisində olduqları halda həbs etməyə borcludur. Rusiyadan başqa Azərbaycan, Belarus, Misir, Hindistan, İndoneziya, İran, Qazaxıstan, Çin, Səudiyyə Ərəbistanı, ABŞ və Türkiyə Haaqa Məhkəməsinin yurisdiksiyasını tanımır. Ermənistan ötən ilin payızında “Roma Statutu”na qoşulub.