Şovi kurortunda baş verən fəlakətdən sonra istintaq Cinayət Məcəlləsinin iki maddəsi ilə aparılır. Bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvili məlumat verib. Onun sözlərinə görə, bu maddələr - ehtiyatsızlıqdan insan ölümünə səbəb olma və mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulmasıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hadisənin ilk dəqiqələrindəcə cinayət işi başlanılıb. İş iki maddə ilə qaldırılır, lakin istintaq zamanı maddələrin təsnifatı dəyişdirilə bilər. Bu maddələr - ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi və ikinci maddə, dəqiq bilirəmsə 240-cı maddədir. Bu, istintaqın səlahiyyətidir və mən yanlış məlumat yaymaq istəmirəm. Təsdiq edə bildiyim qədər, bunlar iki maddədir. Hər hansı hadisə baş verərsə, dərhal araşdırmalara başlanılır. Bu normal, standart prosedurdur. Bunda məncə yeni heç nə yoxdur və ümumiyyətlə bu sualın niyə yarandığı, haradan gəldiyi məni təəccübləndirir. Hadisədən sonra araşdırmalara başlanılıbmı? - Təbii ki, başlanılıb”, - Mğebrişvili jurnalistlərə bildirib.
Şovidə həyatını itirənlərin sayı hər keçən gün artır. Son məlumata görə, 18 cəsəd tapılıb, onlardan 14-nün şəxsiyyəti müəyyən edilib. Ölənlər arasında 7 yaşlı Luka Dudaşvili, 18 yaşlı Samirə İsayeva, Qiorqi Qoqinaşvili, Nino Kençadze, 26 yaşlı Davit Beriaşvili, Ukrayna vətəndaşı Alina Polikovska və Rusiya vətəndaşı Kseniya Triçeva da var. İndiyədək 16 nəfər itkin düşmüş hesab olunur.
Avqustun 3-də saat 15:15 radələrində Şovi kurort ərazisində təbii proseslər inkişaf edib. Palçıq axını kurortdakı kottecləri tamamilə dağıdıb, otellərə ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Avqustun 3-ü və 4-də helikopterlərlə 210 nəfər fəlakət zonasından təxliyə edilib.
“2023-cü il avqustun 3-də Bubistskali çayı vadisində baş vermiş fəlakətli geoloji və hidrometeoroloji hadisələrə buzlaqın intensiv əriməsi, buzlaqın başlanğıc hissəsində qaya uçqunlarının çökməsi, atmosfer yağıntıları, sürüşmə-eroziv proseslərin və buzlaq palçığı axını keçməsi səbəb olub ki, bu da yalnız təbii amillərlə əlaqəlidir", - qeyd olunur.
Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin ilkin rəyinə əsasən, avqustun 3-də Bubisskali çayı vadisində təbii geoloji və hidrometeoroloji hadisələrin (buzlağın intensiv əriməsi, leysan yağışlar, çayın mənbəyində qaya uçqunları, sürüşmə-eroziya prosesləri və palçıq axının keçməsi) birgə baş verməsi nəticəsində ekstremal səviyyədə palçıq axını yaranıb. Qurumun mütəxəssisləri qeyd edirlər ki, palçıq axınının tərkibi, dərənin yamacı, morfoloji şəraiti və uzaqlığı nəzərə aldıqda, fəlakətin yaranma və aktivləşmə zonasından Şoviyə, eyni adlı kotteclər kəndinə palçıq axını ilkin hesablamalara görə, 8-10 dəqiqə ərzində çatmalı idi. Rəydə bildirilir ki, bütün dünyada bu tip hadisələrin formalaşma vaxtını dəqiq proqnozlaşdırmaq praktiki olaraq mümkün deyil.