“Hakimiyyət məni susdurmağa çalışır ki, Şovidəki faciə və başqa təhdidlər barədə danışmayım. Bu, 2021-ci ildə Namoxvani SES kaskadının tikintisi zamanı da belə idi. Onda da mənə qarşı kampaniyaya başladılar. Aydındır ki, bütün bunlar Şovi, Çiatura və ümumilikdə tikinti mövzuları ilə bağlı verdiyim açıqlamalar və mövqe ilə bağlıdır. Şəxsi həyatımla məni şantaj etmək sizdə alınmayacaq. Mən susmayacağam! Məni şantaj etməyə və diqqəti mənə yönəltməyə çalışmayın. Xalqa cavab verin”, - İliya Dövlət Universitetinin Milli Seysmik Monitorinq Mərkəzinin rəhbəri, alim Tea Qodoladze hökumətyönlü “Rustavi 2” televiziyasının onun məişət zorakılığında ittiham olunması ilə bağlı yaydığı məlumatı belə şərh edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu məsələ mənim şəxsi həyatıma aiddir və mənim üçün çox ağırdır. 7 aprel 2022-ci il gecəsi keçmiş həyat yoldaşım tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldım, bu səbəbdən 2022-ci ilin aprelindən müalicə alıram. Bu mərhələdə iş məhkəmədədir. “Rustavi 2”nin yaydığı məlumatda 2 il əvvəl baş vermiş insident əsasında uydurulmuş ittihamdan bəhs edilir. Hazırda mənə qarşı fiziki və psixoloji zorakılıqda, cinsi ayrı-seçkilik zəminində ittiham olunan keçmiş partnyorum Teymuraz Şerqelaşvili təxribat yaratmaq üçün sübut olmadan yalan iddialar uydurdu”, - Qodoladze bildirib.
Tea Qodoladzenin maraqlarını bir ildən artıqdır ki, “Safari” təşkilatı qoruyur. “Safari”nin məlumatına görə, Qodoladze partnyoru tərəfindən fiziki zorakılığın qurbanı olub və qurban statusuna malikdir. Təqsirləndirilən şəxs üçün 15.000 lari girov tədbiri seçilib. Məhkəmə işi baxılmanı yaxın vaxtlarda tamamlayacaq.
“Qisas almaq və təzyiq etmək məqsədilə zorakılıq edənin özü zərərçəkmiş qadını zorakılıqda ittiham edib, lakin Tea Qodoladzeyə qarşı çıxarılan qətimkan tədbiri məhkəmə tərəfindən ləğv edilib. Buna baxmayaraq, prokurorluq ona tamamilə əsassız ittiham irəli sürüb. Qeyd edək ki, cinayəti törədənlər tərəfindən qurban qadını günahlandırmaq, təəssüf ki, artıq kök salmış təcrübədir.
Bu işin ictimailəşdirilməsi ictimaiyyətin diqqətini Tea Qodoladzenin peşəkar fəaliyyətindən şəxsi həyatına yönləndirmək cəhdidir.
Başladılmış qarayaxma kampaniyasının məqsədi ekologiya və inkişaf məsələlərində öz tənqidi fikirlərini daim açıq və fəal şəkildə bildirən peşəkarı susdurmaqdır.
“O, əvvəllər də dəfələrlə, o cümlədən dövlət rəsmiləri tərəfindən şifahi hücumlara məruz qalıb”, - “Safari”in yaydığı məlumatda deyilir.
Tea Qodoladze avqustun 3-də Şovidə baş verən təbii fəlakətlə bağlı ilk günlərdəcə bildirib ki, itkilərdən qaçmaq mümkün olub ki, hakimiyyət də bununla razı deyil. Buna görə də o, dərhal parlament sədri Şalva Papuaşvili və hökumətin digər nümayəndələri tərəfindən hücum ünvanına çevrilib.
Qeyd edək ki, 2023-cü ilin iyununda “Rustavi 2” İliya Dövlət Universitetinin rektoru Nino Doborjginidzenin məhkum olunması ilə bağlı məlumat yayıb. Söhbət 2010-cu ildə baş vermiş və Nino Doborjqinidzenin ailə üzvünün həlak olduğu avtomobil qəzasından gedir. Sonra Nino Doborjqinidze deyib ki, bu, onu psixoloji cəhətdən məhv etmək cəhdi və universitetə hücumdur.