Gürcüstanın Xalq Müdafiəçisi Levan İoselianinin bəyanatına əsasən, o, Amerika Birləşmiş Ştatlarının gürcü hakimlərə sanksiya tətbiq etməsini şərh edə bilməz, çünki bu, Xalq Müdafiəçisinin mandatını aşır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hakimlərin sanksiyalaşdırılmasına münasibət bildirmək mənim mandatımın hüdudlarını aşır. Mən Xalq Müdafiəçisi və keçmiş millət vəkili kimi məhkəmə ilə bağlı illər ərzində düşündüyüm, tövsiyyələr və problemlərdən danışa bilərəm. Bu, digər məsələlərlə yanaşı, Ədliyyə Şurasının formalaşması, Ədliyyə Məktəbinin ayrılması və şəffaflıq prosesinin tətbiqi ilə bağlı idi. Bu, o cümlədən, Xalq Müdafiəçisinin Parlamentdəki nümayəndəsinin də həmişə vurğuladığı tövsiyələrin əsas siyahısıdır və biz bu istiqamətdə işi davam etdiririk”, - İoseliani jurnalistlərə bildirib.
Xalq Müdafiəçisi qeyd edib ki, Aİ üzvlüyünə namizəd ölkə statusunun alınması prosesi sanksiyaya məruz qalan hakimlərlə daha da çətinləşəcək: “Ona görə də məhkəmə ilə bağlı verilən tövsiyyənin tam icrası üçün məhkəmədə konkret addımların atılması vacibdir və bu tövsiyyənin icrası heç bir sual işarəsi doğurmamalıdır”, - deyə Levan İoseliani bildirib.
Aprelin 5-də ABŞ Dövlət Departamenti üç cari və bir keçmiş gürcü hakimi - Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqelia və Valerian Tsertsvadze, habelə onların ailə üzvlərinə əhəmiyyətli korrupsiya fəaliyyətlərində iştirak etdiklərinə görə ABŞ-a girişi qadağan edib. Departamentin izahatına görə, həmin şəxslər məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü vəzifələrindən sui-istifadə edərək qanunun aliliyinə və ictimaiyyətin Gürcüstanın məhkəmə sisteminə etimadını zədələyiblər.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili aprelin 10-da hakimlərlə görüşdən sonra deyib ki, Dövlət Departamentinin qərarı onun üçün “böyük sual işarəsi doğurur”. Ğaribaşvilinin sözlərinə görə, sanksiyaya məruz qalan hakimlər “bütün şüurları ilə ölkəmizin müstəqilliyinə, dövlətin güclənməsinə xidmət edirlər”.
Məhkəmə islahatlarının aparılması Avropa Komissiyasının 2023-cü ilin iyununda Gürcüstana verdiyi 12 tövsiyədən biridir və yerinə yetirildiyi təqdirdə ölkə Aİ üzvlüyünə namizəd statusunu əldə edəcək. Gürcüstan məhkəmələrin, xüsusən də Ali Məhkəmənin düzgün fəaliyyət göstərməsi və bütövlüyünü təmin etməli və hakimlərin namizədliyinin bütün səviyyələrində müəyyən edilmiş bütün problemləri həll etməli, Ali Ədliyyə Şurasında əsaslı islahatlar aparmalı və Ali Şuranın üzvlərini təyin etməlidir. Bütün bu tədbirlər Avropa standartlarına və Venesiya Komissiyasının tövsiyələrinə tam uyğun olaraq həyata keçirilməlidir.