Hökumət mayın 17-ni dövlət xidmətləri üçün qeyri-iş günü elan edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Katolik-Patriarx II İliyanın qərarına əsasən, pravoslavlar üçün ailə müqəddəsliyi və valideynlərə hörmət günü olan 17 may qeyri-iş günü olacaq. Müvafiq sərəncamı baş nazir İrakli Kobaxidze dərc edib.

Hökumət mayın 17-ni dövlət xidmətləri üçün qeyri-iş günü elan edibQərar inzibati orqanlara, yəni bütün dövlət və ya bələdiyyə orqanlarına/qurumlarına, hüquqi şəxslərə, habelə ictimai hüquqi səlahiyyətləri həyata keçirən hər hansı digər şəxsə şamil edilir.

“İnzibati orqan öz funksiyalarını yerinə yetirməsi dövlət hakimiyyətinin həyata keçirilməsi və cəmiyyətin normal fəaliyyəti üçün təxirəsalınmaz zərurət olduqda, tabeliyində olan/sisteminə daxil olan, bu qərarın şamil edilməyəcəyi xidmətləri/işçiləri müəyyən edir.

Bu qərar Gürcüstan Milli Bankının nəzarəti altında olan şəxslərin maliyyə öhdəliklərinə şamil edilmir.

Bu qərar Gürcüstanın “Dövlət satınalmaları haqqında” qanununda nəzərdə tutulmuş dövlət satınalmaları ilə bağlı fəaliyyətlərə, o cümlədən həmin qanunun 3-cü maddəsinin birinci bəndinin “A.T” alt bəndində nəzərdə tutulmuş Satınalmalar üzrə Mübahisələrə Nəzarət üzrə Dövlət Şurasının fəaliyyətinə şamil edilmir”,  - sərəncamda oxuyuruq.

Mayın 17-də Tbilisidə ailə müqəddəsliyi günü ilə əlaqədar yürüş planlaşdırılır. Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, saat 13:00-da Kaşveti Müqəddəs Qiorqi kilsəsində ibadət başa çatdıqdan sonra Müqəddəs Üçlük Patriarx Kilsəsinə doğru yürüş başlayacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur