Gürcüstan hökuməti Quriadakı ümumilikdə 2982 kvadratmetr kənd təsərrüfatına aid olmayan torpaq sahələrini simvolik qiymətə, bir lariyə pravoslav kilsəsinə verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Baş nazir İrakli Kobaxidzenin martın 12-də imzaladığı sərəncama əsasən, pravoslav kilsəsinə Ozurqetinin Zemo Natani kəndində 929 kvadratmetr və həmin bələdiyyənin Naruca kəndində isə 849 kvadratmetr torpaq sahəsi verilib. Bundan əlavə, Patriarxlıq Çoxataurinin Quturi kəndində yerləşən 345 və 859 kvadratmetrlik torpaq sahələrini də əldə edib.
Pravoslav kilsəsi müqavilə imzalandıqdan sonra bir ay ərzində özəlləşdirmə üçün müəyyən edilmiş məbləği, bir larini ödəməyə borcludur.
Ozurqeti və Çoxatauri bələdiyyələri Quria yeparxiyasının tərkibinə daxildir. Yeparxiyaya mitropolit İosif (Kikvadze) başçılıq edir.
Gürcü Pravoslav Kilsəsinin 62 kvadrat kilometrdən çox əraziyə malikdir. Patriarxlıq hər il dövlət büdcəsindən 25 milyon lari ilə maliyyələşdirilir.