Gürcüstan hökumətinin üzvləri, baş nazirlərin müavinləri Tea Tsulukiani və İrakli Çikovani prezident Salome Zurabişvilini tənqid edirlər. Onların sözlərinə görə, o, İlham Əliyevi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə hələ də təbrik etməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan prezidentinin cənab Əliyevi qələbəsi münasibətilə təbrik etməkdən çəkindiyi mənasına gələn bu ana qədərki səssizliyi düşünürəm ki, dövlətimiz üçün zərərlidir”, - Mədəniyyət, İdman və Gənclər naziri Tea Tsulukiani "İmedi" teleşirkətinin jurnalistinin sualını cavablandırarkən deyib.
Tsulukiani prezidentin qərarını “siyasi bəsirətsizlik” adlandırıb.
“Prezidentimizə xatırlatmaq istəyirik ki, bu, son illərdə geosiyasi və təhlükəsizlik risklərinin artdığı regiondur. Gürcüstan hökuməti hazırda bu risklərin sığortalanmasına diqqət yetirir və bunun fonunda ali baş komandan olan prezident qonşu, tərəfdaş, dost dövlətimizin başçısını yeni seçkilərdəki qələbəsi münasibətilə təbrik etməkdən çəkinir.
Bu, siyasi bəsirətsizlikdir, amma bunun yenə eybi yoxdur. Düşünürəm ki, Salome Zurabişvili “tərəfdaşları”ndan aldığı tapşırıqları yerinə yetirməkdə davam edir. Düşünürəm ki, biz bununla məşğul olmalıyıq və onun məqsədi, prezident kimi ölkəmizin təhlükələrini əvvəlcədən sığortalaması və aralarında Azərbaycanın da olduğu ən yaxşı qonşularla mümkün qədər dostluq və tərəfdaşlıq münasibətlərinin olması deyil, əksinə - ölkədə daha çox risk olması və iqtisadi təhlükələrin artmasıdır. Görünür, onun məqsədi budur və bu da təəssüf doğurur.
Həmçinin, qələbənin hələ nəhayət təsdiqini tapmadığı və buna görə də cənab Əliyevi təbrik etməməsi ilə bağlı izahatı təbii ki, bölüşmək olmaz, çünki seçkinin rəsmi nəticələrinin təsdiqindən əvvəl xanım Salomenin cənab Makronu təbrik etməsinin belə bir halını xatırlayırıq ki, bu da, tamamilə təbii və həmin dövr üçün təqdirəlayiq idi”, - Tsulukiani bildirib.
Yeni müdafiə naziri İrakli Çikovani bildirib ki, Salome Zurabişvilinin fəaliyyətsizliyi onun üçün anlaşılmazdır, çünki Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.
“Digər tərəfdən, elementar diplomatik etiket məsələsidir ki, bu təbrik inndiyədək dəfələrlə səsləndirilməli idi. Hesab edirəm ki, bu, dövlətimizin maraqlarına xələl gətirir, Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığımızın məqsədlərinə xələl gətirir. Digər tərəfdən, hesab edirəm ki, bu, tamamilə düşüncəsiz qərardır. Lakin ola bilsin ki, bütün bunlar prezidentin uzun müddətdir həyata keçirdiyi və müəyyən tapşırıqların ardınca getdiyi müəyyən sxemin tərkib hissəsidir”, - deyə İrakli Çikovani bildirib.
Yeniləmə: Gürcüstan Prezidentinin Administrasiyası bəyan edib ki, “Gürcüstan Prezidenti bütün dost və tərəfdaş ölkələrin misalında olduğu kimi prezident İlham Əliyevi prezident seçilməsi münasibətilə rəsmi məktub göndərərək təbrik edib”. Administrasiya tərfindən qeyd edildiyi kimi, Zurabişvili Əliyevə məktubu fevralın 9-da göndərib.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib və nəticədə 92% dəstəyi ilə İlham Əliyev beşinci müddətə ölkə prezidenti olub. O, daha 7 il bu vəzifəni icra edəcək.
Müxalifət seçkinin nəticələrini tanımır. “Azərbaycan Xalq Cəbhəsi”nin bəyanatına görə, səsvermə rəqabətsiz, total təzyiq, qorxu və təhdid şəraitində keçirildiyi üçün nəticələr xalqın iradəsini əks etdirmir və qeyri-legitimdir.
ATƏT/DTİHB-in məlumatına görə, seçkilər yaxşı təşkil olunsa da, siyasi alternativ olmayıb və bəzi müxalifət partiyaları ümumiyyətlə iştirak etməyib. “Daha altı namizədin təşviqat kampaniyasında iştirak etməsinə baxmayaraq, onların heç biri inandırıcı şəkildə hazırkı prezidentin siyasətinə etiraz etməyib və seçiciləri real alternativ olmadan keçirilib. Vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri qeyd ediblər ki, qanunvericilik bazası və onun tətbiqi həm seçkiqabağı dövrdə, həm də seçkiqabağı təşviqat kampaniyası xaricində dinc toplaşmaq və ictimai yığıncaqlar keçirmək azadlığının həyata keçirilməsini çətinləşdirir”, - müşahidə missiyasının bəyanatında deyilir.
İlham Əliyev 2003-cü ildən Azərbaycanın prezidentidir. O, bu vəzifəni atası Heydər Əliyevin vəfatından sonra tutub.
Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. 2022-cü ilin oktyabrında İlham Əliyev Gürcüstana səfər edərək keçmiş baş nazir İrakli Ğaribaşvili ilə görüşərkən Gürcüstanın prezident administrasiyası Salome Zurabişviliyə səfər barədə məlumat verilmədiyini və onun istəyinə baxmayaraq, prezidentlər arasında görüşün baş tutamadığını bildirmişdi. .