İlham Əliyev beşinci müddətə, yenidən Azərbaycanın prezidenti olub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“france24”ün fotosu

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev qalib elan edilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, seçicilərin 92%-i Əliyevə səs verib, seçici fəallığı isə 77 % olub.

Seçki komissiyasının məlumatına görə, səslərin sayına görə 2,2 faiz səs toplayan parlament deputatı, müstəqil namizəd Zahid Orucu ikinci yeri tutub.

Müxalifət partiyaları seçkinin nəticələrini tanımır. “Azərbaycan Xalq Cəbhəsi”nin bildirdiyinə görə, 7 fevral seçkilərinin nəticələri xalqın iradəsini əks etdirmir və qeyri-legitimdir, belə ki, səsvermə rəqabətsiz, total təzyiq, qorxu və təhdid şəraitində keçirilib.

Emmiqrasiyada olan Vətəndaş Koalisiyasının (AZEX) həmsədri Emin Hüseynov deyir ki, bütün əvvəlki seçkilərdə Əliyev orta hesabla 85%, “hərbi qələbələrdən” sonra isə dövlət təbliğatı 90%-dən yüksək nəticə barədə məlumat verir. 

“Belə bir nəticə əldə etmək üçün dövlət aparatı təkcə dövlət qulluqçularını deyil, tələbələri də səfərbər etmək məcburiyyətində qaldı. Bu seçkinin özəlliyi ondadır ki, bu dəfə tələbələr “karusellər”ə tələbələri də qoşublar. Seçkilərin məqsədi İlham Əliyevin hakimiyyət müddətini daha 7 il uzatmaq idi”, – Hüseynov “Kavkazski Uzel”ə müsahibəsində deyir.

Artıq Rusiya, Türkiyə, Qazaxıstan, Macarıstan, Venesuela və Belarus liderləri İlham Əliyevi qələbə münasibətilə təbrik ediblər.

Azərbaycanda növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi, lakin İlham Əliyevin qərarına əsasən, bundan bir il yarım əvvəl, 2024-cü il fevralın 7-nə təyin edilib. Əliyev 2023-cü ilin sentyabrında Dağlıq Qarabağda keçirilən hərbi əməliyyat nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunmasını və “yeni dövrün” başlanmasını elan edib.

“Prezident seçkiləri ən vacib seçki olduğundan hesab edirəm ki, bütün ölkə üzrə keçirilməli olan ilk seçki prezident seçkiləri olmalıdır”, - Əliyev seçkidən bir neçə həftə əvvəl deyib.

Onun sözlərinə görə, növbədənkənar seçkilərin təyin edilməsinin digər səbəbi 2023-cü ilin oktyabrında onun prezident kimi fəaliyyətinin 20 ilinin başa çatmasıdır. “Biz bunu bir növ xülasə kimi qəbul etməliyik”, - Əliyev deyib.

Fevralın 7-də İlham Əliyev, həyat yoldaşı və uşaqları Xankəndində [Stepanakert - erm.] səs verib. Dağlıq Qarabağda ümumilikdə 26 seçki məntəqəsi açılıb.

62 yaşlı İlham Əliyev 2003-cü ildə atası Heydər Əliyevin vəfatından sonra ölkə rəhbərliyinə gəlib və bu il ardıcıl 5-ci müddətə prezident vəzifəsini icra edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur