Prezident Salome Zurabişvili maliyyə naziri Laşa Xuçişvilinin Milli Bankın İdarə Heyətinə namizəd kimi irəli sürülməsini həqiqətən də nəzərdən keçirərdi, lakin onun müstəqilliyi ilə bağlı sualları var idi. Bu barədə prezidentin parlament katibi Qiorqi Msxiladze məlumat verib. Msxiladzenin sözlərinə görə, sualları prezidentə olunan davamlı təzyiq və şantajlar gücləndirilib və “Gürcü Arzusu”nun bugünkü bəyanatı Xutişvilinin namizədliyinin hakim partiya üçün yeganə alternativ olduğunu təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prezident administrasiyası “Gürcü Arzusu”nun siyasi şurasının Milli Bankın normal fəaliyyət göstərməsinə problem yaranacağı ilə bağlı bəyanatı ilə razılaşmır.
“Gürcüstan Milli Bankının fəaliyyəti zərər görmür. Bu gün bankın prezidenti vəzifəsini ixtisaslı, təcrübəli və peşəkar kadrlardan biri yerinə yetirir. Milli Bankın prezidentinin təyinatı prosesi yubanmır. Bankın idarə Heyəti elə bu gün bank rəhbərliyinə namizədi təqdim edə bilər. Prezidentin başlatdığı İdarə Heyyəti üzvlərinin seçilməsi prosesinin bu təqdimatla heç bir əlaqəsi yoxdur və bu heç nəyə mane olmur.
Hazırkı maliyyə naziri Laşa Xuçişvilinin namizədliyinin irəli sürülməsinə gəlincə, Gürcüstan prezidenti həqiqətən də onun namizədliyini nəzərdən keçirib və hesab edib ki, onun peşəkarlığı, təcrübəsi və ixtisası meyarlara cavab verir, lakin ən mühüm meyarlardan biri - namizədin müstəqilliyi suallar doğururdu ki, bu da hökumətin prezidentə Laşa Xuçişvilinin irəli sürməsi üçün namizədliyini qəti tələblər, daimi təzyiqlər və şantajı ilə təsdiqləndi.
Həqiqətdə Milli Bankın fəaliyyətinə xələl gətirən və əngəl törədən hakim partiyanın bu günki açıqlamasıdır ki, nəhayət ki, adıçəkilən namizədin tək hökümət üçün deyil, həm də iqtidar partiyası üçün yeganə və alternativi olmadığını ortaya qoydu. Milli Bankın maraqlarını həqiqətən qoruyan və ona xidmət edən isə prezidentin vetosu idi. Bankın və ölkənin nüfuzuna xələl gətirən isə hakim partiyanın vetosunu aşmaq təhlükəsidir”, - Qiorqi Msxiladze bildirib.
Gürcüstan Milli Bankında iki idarə heyəti üzvü vəzifəsi vakantdır. “Gürcü Arzusu” Siyasi Şurasının məlumatına görə, Salome Zurabişvili ilə razılaşma olub və ona əsasən, Salome Zurabişvili İdarə Heyyətinin üzvlüyünə namizədlərdən biri kimi Laşa Xuçişvilinin namizədliyini Gürcüstan parlamenti prezidentin “Gürcüstanın Milli Bankı haqqında” üzvi qanuna qoyduğu vetonu aşmadığı təqdirdə təqdim edəcəkmiş., lakin, dünən məlum olub ki, Zurabişvilinin ilin sonuna qədər parlamentə heç bir namizəd irəli sürməyəcək.
“Gürcü Arzusu” prezidentin fevralın 23-də istifadə etdiyi vetonu aşmaq və növbəti sessiya həftəsində “Gürcüstan Milli Bankı haqqında” üzvi qanuna dəyişiklikləri qəbul etmək niyyətindədir.
“Gürcü Arzusu”nun təşəbbüsü ilə həyata keçirilən qanunvericilik dəyişikliyinə əsasən, Milli Bankın hazırda 9 nəfərdən ibarət idarə heyətinin tərkibinə birinci vitse-prezident vəzifəsi əlavə edilir. Milli Bankın prezidenti olmadıqda onun səlahiyyətlərini vitse-prezident icra edəcək. Bundan başqa, yeni qanuna əsasən, İdarə Heyətinin 5 üzvü icraçı, 4-ü isə qeyri-icraçı olacaq və bununla da Milli Bankın İdarə Heyətinin müstəqil nəzarət orqanı kimi rolu aradan qaldırılacaq.
Mövcud qanuna əsasən, Milli Bankın prezidentini Milli Bankın İdarə Heyyətinin üzvləri sırasından, Milli Bankın İdarə Heyyətinin təqdimatı əsasında vəzifəyə Gürcüstan Prezidenti təyin edir və ya vəzifədən azad edir. Milli Bankın vitse-prezidentləri Milli Bankın prezidentinin təqdimatı ilə Milli Bankın Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İdarə Heyyətinin 9 üzvündən 4-ü icraçı üzvdür - prezident və 3-ü vitse-prezident, 5-i isə qeyri-icraçıdır. Milli Bankın prezidenti olmadıqda onun vəzifələrini vitse-prezidentlərdən biri yerinə yetirir.
Koba Qvenetadzenin Milli Bankın prezidenti kimi səlahiyyət müddəti martda başa çatıb. Hazırda prezidentin səlahiyyətlərini vitse-prezidentlərdən biri olan Arçil Mestvirişvili yerinə yetirir.