2022-ci ildə Gürcüstanda ictimai məlumatların əlçatanlıq səviyyəsi əvvəlki illə müqayisədə xeyli pisləşib. Xüsusilə, dövlət qurumları daxili audit hesabatlarını, rəhbərlərə müşavir təyin edilmiş şəxslərin müqavilələrini, məmurların büdcədən aldığı yardımlar haqqında məlumatları, Rusiya vətəndaşlarına qeydiyyata alınmış daşınmaz əmlakla bağlı məlumatları gizlədirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qeyri-hökumət təşkilatı İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI) 374 dövlət qurumuna göndərilən 7582 müraciətdən yalnız 4385-nə (58%) cavab alıb. Bu, 2010-cu ildən bəri ən aşağı nəticədir. 69 dövlət qurumu bütün müraciətləri cavabsız qoyub.
Mədəniyyət, İdman və Gənclər Nazirliyi IDFI-nin 33 müraciətinin heç birinə cavab verməyib. Bu, Tea Tsulukiani 2021-ci il martın 16-da Mədəniyyət, İdman və Gənclər Naziri təyin edildikdən bu yana baş verir. Əvvəlki illərdə Tsulukianinin nazirliyi dövründə Ədliyyə Nazirliyi ən qapalı qurum kimi adlanırdı.
“Tea Tsulukianinin mədəniyyət, İdman və Gənclər naziri vəzifəsində işləməsi nazirliyin sisteminə daxil olan digər hüquqi şəxslərin məlumatlarının əlşatanlıq keyfiyyətinə də mənfi təsir göstərib. Məsələn, 2021-ci il martın 16-dan sonra “Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentlik” heç bir müraciətə cavab verməyib. 2022-ci ildə IDFI layihəsinin benefisiarı yalnız məhkəmədə iddia qaldırdıqdan sonra həm nazirlikdən, həm də agentlikdən məlumat ala bilib”, - IDFI hesabatında deyilir.
İnformasiya Azadlığının İnkişafı İnstitutu Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin Aparatına 23 müraciət ünvanlayıb və heç bir halda ictimai məlumat ala bilməyib.
Gürcüstan hökumət administrasiyasının fəaliyyətinin şəffaflığının göstəricisi daha da pisləşib - IDFI tərəfindən göndərilən 74 tələbdən hökumət administrasiyası 58-ni cavabsız qoyub. Fərdi müraciətlər yalnız inzibati şikayət verildikdən sonra cavablandırılıb.
Standart məzmunlu tələb göndərilmiş 270 dövlət qurumundan 41%-i (110 dövlət qurumu) bütün müraciətləri cavabsız qoyub. Onların arasında əksər qurumlar daxili audit hesabatlarını verməklə əlaqədar tələbi cavabsız qoyub və ya verməkdən imtina ediblər.
İkinci qapalı məlumat dövlət müəssisələrində rəhbərin müşaviri vəzifəsində çalışan şəxslərlə bağlıdır - imzalanmış müqavilələr və məsləhətçilərin bioqrafik məlumatları (СV) açıqlanmır.
Üçüncü ən qapalı məlumat isə dövlət müəssisəsinin büdcəsindən işçilərin, o cümlədən vəzifəli şəxslərin ad və soyadla aldığı sosial yardımla bağlıdır.
IDFI-nin məlumatına görə, bir çox qurumlar öz fəaliyyətlərinin xüsusiyyətləri ilə birbaşa əlaqəli olan məlumatları təqdim etməkdən cavabsız və ya hüquqi cəhətdən əsassız şəkildə imtina ediblər. Məsələn, hökumət administrasiyası, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi Ukraynaya göstərilən humanitar yardımla bağlı məlumat tələbini cavabsız qoyub.
Milli Dövlət Reyestri Agentliyi Rusiya vətəndaşlarına qeydiyyatda olan daşınmaz əmlak haqqında məlumat verməkdən imtina edib.
IDFI belə qənaətə gəlir ki, ictimai məlumatların vaxtında açıqlanması dərəcəsi 2022-ci ildə 19 % azalaraq 35 % olub ki, bu da 2010-cu ildən bəri ən aşağı göstəricidir. 2022-ci ildə yalnız 9 dövlət qurumu ictimai məlumatları mükəmməl formada və 10 gün müddətində təqdim edib.
2022-ci ildə İnformasiya Azadlığının İnkişafı İnstitutu 56 inzibati şikayət və 16 inzibati iddia hazırlayıb. Mübahisənin hüquqi sadəliyinə baxmayaraq, məhkəmə icraata daxil olan bütün işlərə baxılma müddətini 5 ay uzadıb.
Təşkilatın fikrincə, 2022-ci ildə hesabatsız dövlət qurumlarının çoxluğu və məlumat azadlığına kütləvi qeyri-vicdani münasibət Gürcüstanın dövlət sektorunda qurulmuş qapalılığın sistemli yanaşmasını göstərdi:
“Qısamüddətli perspektivdə informasiyanın əlçatanlığının pisləşməsinin hazırkı miqyası Gürcüstan hakimiyyətinin ölkədə informasiya azadlığını məhdudlaşdıran siyasi qərarı ilə bağlı ciddi şübhələr yaradır”.
Mərkəzi dövlət qurumları (Parlament Aparatı, Prezident Administrasiyası, Hökumət Administrasiyası və Nazirliklər) arasında ictimai məlumatlara əlçatanlılığın ən yüksək dərəcəsini Gürcüstan Prezident Administrasiyası (95,36%) və Parlament Aparatı (85,39%) əldə edib. .
2022-ci ildən etibarən “Gürcüstan xəbərləri” nin təcrübəsi də ictimai məlumatlara çıxışın həddən artıq pisləşdiyini göstərir. Keçən il 400 müraciətdən 106-sı ilə bağlı maksimum müddət də daxil olmaqla ictimai məlumat ala bilmədiyimiz üçün müxtəlif dövlət qurumlarına 75 inzibati şikayət vermişik, 13 iddia ilə məhkəməyə müraciət etmişik.