İctimai reyestr “Alt İnfo” partiyasını ləğv edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Milli İctimai Reyestr Agentliyi rusiyayönlü və zorakı  “Alt İnfo” hərəkatının yaratdığı “Mühafizəkarlar Hərəkatı”nı ləğv edib. Qeydiyyatın ləğvi ilə bağlı qərar aprelin 8-də verilib.

Sənəddən aydın olur ki, korrupsiyaya qarşı mübarizə bürosu “Mühafizəkar Hərəkatı”nın dövlət qeydiyyatına alınması ilə bağlı qərarın qanuniliyinin öyrənilməsi xahişi ilə aprelin 3-də dövlət qeydiyyatı orqanına müraciət edib. Partiya 7 dekabr 2021-ci ildə qeydiyyatdan keçib.

Qurum reyestrə təqdim edilən sənədin qanunun tələblərinə cavab vermədiyini müəyyən edib. O cümlədən, 2021-ci il dekabrın 6-da “Mühafizəkarlar Hərəkatı”nın təsis qurultayının sədri Konstantine Morqoşianın imzaladığı yeni nizamnamə qurultayda təsdiqlənmədən təqdim edilib.

Milli İctimai Reyestr Agentliyinin qərarı bu gün dərc edilib və dərhal qüvvəyə minib. “Alt Info” 30 gün ərzində qərarı şikayət edə bilər.

“Hökumətin tapşırığına əsasən, ictimai reyestrdən bizə rəsmi olaraq bəyan olunub ki, qeydiyyatdan keçən və illərdir mövcud olan partiyamız ləğv olunub. Bu, birbaşa cinayətdir, hətta əvvəlki hökumətin dövründə belə baş verməyən cinayətin eşidilməyən bir növüdür”, - “Mühafizəkarlar Hərəkatı”nın sədri Qiorqi Kardava bildirib.

Bir neçə gün əvvəl Mərkəzi Seçki Komissiyası “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nu seçki subyekti kimi qeydiyyata alıb. Partiya oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində iştirak etməyi planlaşdırırdı.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur