Gürcüstanın baş naziri İrakli Kobaxidze və xarici işlər naziri İlya Darçiaşvili İran İslam Respublikasında olub, burada İran prezidenti Ebrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdolahian və digər dövlət rəsmilərinin dəfn mərasimində iştirak ediblər. Dəfn mərasimində “Hizbullah”, “Həmas” və “Taliban” terror təşkilatlarının liderləri, həmçinin Rusiya Dumasının sədri Vyaçeslav Volodin, Suriya prezidenti Bəşər Əsəd və başqaları da iştirak ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dəfn mərasimi mayın 21-də Təbriz şəhərində başlayıb və mayın 22-də Tehranda İranın ali liderinin rəhbərliyi ilə mərhumlar üçün dualar edilib.
Xarici KİV-in məlumatına görə, Tehranda keçirilən dəfn mərasiminə ən azı 68 ölkədən yüksək vəzifəli şəxslər qatılıb. Onların arasında Tacikistan Prezidenti, Livan, Əlcəzair, Qazaxıstan, Efiopiya, Mali və Özbəkistan parlamentinin sədrləri, Türkiyənin vitse-prezidenti və xarici işlər naziri, Livan, Misir, Tunis, Səudiyyə Ərəbistanı, Küveyt, Özbəkistan, Tacikistanın nazirləri, Belarus, Ermənistan, Azərbaycan, Şri-Lanka, Əfqanıstan, Pakistan, Venesuela və İordaniyanın xarici işlər nazirləri, Ermənistan və Belarusun baş nazirləri olub.
İrana getməzdən əvvəl İrakli Kobaxidze İran səfirliyində olub və orada səfir Mahmud Ədiblə görüşüb. O, başsağlığı kitabına qeyd qoyub və İran xalqına başsağlığı verib.
Kobaxidzenin bugünkü səfərinədək Gürcüstanın ən yüksək vəzifəli rəsmisi ən son 2017-ci ildə İranda olub (baş nazir Qiorqi Kvirikaşvili), ondan əvvəl isə İrana 2004-cü ildə prezident Mixeil Saakaşvili səfər edib.
Mayın 19-da İran prezidenti Ebrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdolahian və bir neçə başqa hökumət rəsmisini daşıyan helikopter İranın şimal-qərbində Azərbaycanla sərhədə yaxın dağlıq bölgədə qəzaya uğrayıb. Göyərtədə olanların hamısı həlak olub. İran hökuməti fəlakətə səbəb kimi pis hava şəraitini göstərib.