“Gürcü Arzusu”nun üzvü, parlamentin İnsan Haqları Komitəsinin sədri Mixeil Sarjveladze hakim partiyanın sədri İrakli Kobaxidzenin Şovidə dağıdıcı daşqından xilas olanlarla bağlı bu gün verdiyi bəyanatla razılaşır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İrakli Kobaxidzenin dedikləri tamamilə doğru idi və sizin indi etməyə çalışdığınız şey, şərhləri təkrarlamaq üçün heç bir səbəbiniz yoxdur.
Əgər adam xilas olubsa, o biri tərəfdədirsə, niyə bu palçıq kütləsindən keçməli olub, sadəcə bilmirəm. Ola bilsin ki, konkret səbəb var”, - Sarjveladze jurnalistlərə bildirib.
İrakli Kobaxidze bu gün “Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən brifinqdə bildirib ki, avqustun 3-də baş verən palçıq axını altında qalan heç kimin xilas olunmaq şansı olmayıb. Hakim partiya sədrinin sözlərinə görə, “uşaqlardan birinin 3 saat ərzində palçıqla mübarizə aparması ilə bağlı fərziyyələr, dezinformasiyalar yayılıb ki, bu da, ağılasığmaz yalandır”. Jurnalistlər hakim partiyanın sədrinə təbii fəlakətdən sağ çıxan Davit Jeladzenin “Facebook” sosial şəbəkəsində “Maşo, biz bu yolu necə keçdik, hələ də heyrətlənirəm” qeydi ilə yerləşdirdiyi şəkli göstəriblər. Fotoda Davit Jeladze 6 yaşlı bacısı uağı ilə təhlükəsiz yer axtarmaq üçün qət etdiyi məsafəni qeyd edib. Kobaxidze bildirib ki, fotonun təfərrüatlarını dəqiqləşdirmək və yoxlamaq lazımdır: “Bunun həqiq olduğunu bilmirəm, yoxlayacağıq, amma bir az şübhəm var... Bu foto haqqında deyə bilmərəm. Birincisi - bir sahildən digərinə keçmək niyə lazım idi, bilmirəm, o sahildə qalmaq daha təhlükəsiz idi, çoxları orada qaldı və bacardı... Təsəvvür edin, biz səhərisi gün o ərazidə idik və ora getmək praktiki olaraq mümkün deyildi. Ona görə də bütün bunlar yoxlanılmalıdır”.
Davit Jeladze deyir ki, Kobaxidzenin onu niyə yalanda ittiham etməsi ona aydın deyil və hakim partiyanın liderinin Şovidə baş verən dəhşəti ictimailəşdirmək istəmədiyini düşünür.
Avqustun 3-də palçıq uçqunu Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Xilasetmə əməliyyatı 3 saat gec başlayıb və gecə çökdükdən sonra helikopter gecə təhlükəsiz uça bilmədiyi üçün pilotlar əməliyyatda iştiraklarını dayandırıb. İndiyədək 25 cəsəd tapılıb, itkin düşən 8 nəfərin axtarışı davam edir. Hökumət rəsmiləri faciədən qaçınmağın mümkün olmadığını iddia edirlər, lakin müstəqil mütəxəssislər bununla razılaşmır.