İrlandiyada sığınacaq axtaranlar yataqxanalarında ümumilikdə 22 052 nəfər yaşayır ki, onların da ən çoxu, 3 473 nəfəri Gürcüstan vətəndaşıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Belə yataqxanalarda yaşayanların sayına görə gürcülər birinci yerdədir. Onları Nigeriya (2872 nəfər), Əlcəzair (2612), Somali (2150), Zimbaviya (1963), Əfqanıstan (1330), Cənubi Afrika (1019), Pakistan (642), Albaniya (539), Botsvana (520), Konqo (408) kimi ölkələrin vətəndaşları izləyir.
16 iyul tarixli ən son həftəlik statistika Beynəlxalq Mühafizə və Məskunlaşma Xidməti (IPAS) tərəfindən dərc edilir. Məhz bu agentlik İrlandiyada beynəlxalq müdafiə (sığınacaq) axtaran insanlara yataqxanalarda məskunlaşması və əlaqədar xidmətlərin təmin edilməsinə cavabdehdir.
İyulun 16-na olan məlumata görə, sığınacaqlarda 3473, iyulun 9-na 3449, iyulun 2-nə 3432, iyunun 25-nə isə 3394 Gürcüstan vətəndaşı yaşayır.
Rəsmi statistikaya görə, sığınacaq axtaranların üçdə birindən çoxu Dublində yerləşən yataqxanalarda yaşayır.
Yerli medianın (GRIPT) məlumatına görə, Gürcüstandan sığınacaq üçün müraciətlərin sayı 2022-ci illə müqayisədə azalıb. Məsələn, may ayının sonunda Gürcüstanın 367 vətəndaşı sığınacaq üçün müraciət edib və bununla da Gürcüstan Nigeriya və Əlcəzairdən sonra üçüncü yerdə olub. 2022-ci ilin eyni ayında Gürcüstanın 758 vətəndaşı sığınacaq istəyib və onları yalnız Somali vətəndaşları (759) qabaqlayıb.
“Bəlkə də bu, fürsətçi və qeyri-qanuni immiqrasiyaya qarşı genişmiqyaslı etirazların, eləcə də bütün tərəflərin getdikcə daha çox nümayəndəsinin bununla bağlı narahatlığını ifadə etməsinin nəticəsidir”, - “GRIPT” məqaləsində deyilir.
2018-ci ildən İrlandiya Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edib.
2023-cü ilin ilk dörd ayının göstəricilərinə görə, 9586 Gürcüstan vətəndaşı Aİ ölkələrinə sığınacaq üçün müraciət edib ki, bu da 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 1731 nəfər çoxdur.