Avropa İttifaqından sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı hələ də artmaqdadır. 2023-cü ilin ilk dörd ayının göstəricilərinə görə, Aİ ölkələrindən 9586 vətəndaş sığınacaq istəyib ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 1731 nəfər çoxdur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avropa İttifaqının Sığınacaq üzrə Agentliyinin (EUAA) məlumatına görə, yanvar ayında sığınacaq üçün Gürcüstanın 2535 vətəndaşı (bunlardan 2277-si ilk dəfə, 258-i təkrar müraciət edib), fevralda 2269 vətəndaş (2045-i ilk dəfə), martda 2600 (2292-si ilk dəfə), apreldə isə 2182 (1936-sı ilk dəfə) vətəndaş müraciət edib.
Gürcüstan vətəndaşları ən çox Almaniya, Fransa və İtaliyadan sığınacaq istəyirlər. Onları Belçika, İrlandiya və İspaniya izləyir.
Aİ Sığınacaq Agentliyinin məlumatına görə, 2023-cü ilin aprel ayına olan məlumata görə, sığınacaq üçün müraciətlərin çox olması səbəbindən Aİ ölkələrinin müvafiq orqanları təzyiq altındadır. Təkcə aprel ayında müxtəlif ölkələrin vətəndaşlarından təqribən 75 000 sığınacaq üçün müraciət daxil olub ki, bu da hələ birinci instansiyanın qərarını almamış 687 000 müraciətə əlavədir.
Aprel ayında 15805 Gürcüstan vətəndaşının ərizəsi, bəziləri altı ay, bəziləri yarım ildən artıqdır ki, birinci instansiyanın qərar qəbul edən orqanında baxılmaq üçün gözləyirdi.
2022-ci il ərzində Gürcüstanın 28 797 vətəndaşı Aİ ölkələrinə sığınacaq üçün müraciət edib. 26 400 vətəndaş ilk dəfə, 2 397 vətəndaş isə təkrardan müraciət edib. Ötən il sığınacaq axtaranların sayı 2021-ci illə müqayisədə iki dəfə artıb. Aİ Sığınacaq Agentliyi qeyd edib ki, Gürcüstan vətəndaşları ən azı 2008-ci ildən bu yana ən çox sığınacaq üçün müraciət edib.
“Gürcü Arzusu” hökuməti vətəndaşların Avropaya kütləvi axınını 2017-ci ildən Avropa İttifaqı ilə vizasız gediş-gəlişin həyata keçirilməsi ilə əlaqələndirir. Hakim partiyanın sədri kimi İrakli Kobaxidze fevralda bəyan etmişdi ki, əgər vizasız rejim olmasaydı, Gürcüstanın müsbət miqrasiya saldosu olardı.
Bu mövzu haqqında: