Oktyabrın 24-də saat 19:00-da parlamentin önündə Abxaziyanın qondarma hakimiyyət orqanları tərəfindən qanunsuz olaraq saxlanılan İrakli Bebuaya dəstək aksiyası keçiriləcək. Gürcüstan vətəndaşı, 29 yaşlı İrakli Bebua üçüncü ildir ki, həbsdədir. Onun əmisi oğlu Tamar Bebua deyir ki, İraklinin səhhəti ağırdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“O, səhhəti barədə danışmır. Ailəni narahat təşvişə salmaq istəmir. Amma səhhətinin günü-gündən pisləşdiyini bildiyimiz mənbələrimiz var. Bütün günü uzanıb yatır. Onun ağır psixoloji və depressiv vəziyyətinin olması həm də imkanı olanda kameradan çıxmaq istəməməsində özünü göstərir. Bu xəbərlər bizi çox qorxutdu”, - Tamar Bebua deyir.
İrakli Bebuanın valideynləri Tbilisidə yaşayırlar. O, onların yeganə övladıdır. İrakli işğal olunmuş Qali rayonuna tək qalan nənəsinə qulluq etmək üçün köçüb və burada 2020-ci il sentyabrın 30-da Abxaziya bayrağını yandırmaqda ittiham edilərək həbs edilib.
O, sentyabrın 27-də işğal olunmuş Abxaziyada Soxuminin süqutu gününün qeyd olunmasına etiraz edib. Onun evinə baxış zamanı faktiki milislər onun çarpayısında yastığının altında saxladığı iddia edilən əl qumbarası ələ keçirib.
İrakli Bebuanın de-fakto hökumətin hüquq-mühafizə orqanları tərəfindən dindirildiyi iddia edilən videoda o, bayrağın yandırılmasını təsdiqləyir, lakin abxazlara qarşı heç bir şeyinin olmadığını və əksinə bu iki xalq arasında dostluq münasibətlərinin tərəfdarı olduğunu vurğulayaraq onların bölünməsinə etiraz əlaməti kimi, simvolik olaraq bayrağı yandırdığını qeyd edir.
De-fakto məhkəmə onu 2020-ci il dekabrın 7-də dövlət rəmzlərini təhqir etməkdə, özgənin əmlakına qəsdən ziyan vurmaqda, qanunsuz silah-sursat saxlamaqda təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.
2023-cü il sentyabrın 28-də de-fakto parlament “Gürcüstan-Abxaz müharibəsində qələbənin 30-cu ildönümünə həsr olunmuş amnistiya haqqında” qərar qəbul edib, lakin De-fakto deputat Daut Xutaba “Azadlıq” radiosunun rusdilli layihəsi olan “Qafqazın əks-sədası”na bildirib ki, amnistiya İrakli Bebuaya şamil edilməyəcək.
“Xeyr, o, amnistiya əldə edə bilməyəcək. Əvvəlcə biz də bu vəziyyəti düşündük, ancaq qələbənin otuzuncu ildönümü günü bayrağımızı yandıran şəxsi azad etsək, məncə, bu, küfr olar və amnistiyaya ona şamil edilmir. Amnistiya elə bir aktdır ki, konkret insanla, onun taleyi ilə qətiyyən maraqlanmamalısan, səni ancaq onun hansı maddələrlə həbsdə saxlandığı maraqlandırmalıdır. Amma
Bu elə bir vəziyyət idi ki, amnistiyaya əldə etmək üçün konkret bir şəxsə qarşı şəxsi marağı hələ də var idi. Bəli, mən Daxili İşlər Nazirliyinə müraciət etdim və onlar təsdiq etdilər ki, bu şəxs amnistiyaya daxil edilmir”, – Daut Xutaba bildirib.
İrakli Bebua haqqında oktyabrın 20-də parlamentin qapalı iclasında deputatlar Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşviliyə sual veriblər.
"Qondarma Rejim müəssisəsi onun sağlamlığına və həyatına təhlükə törətməyəcəyi şərtlərə cavab verir. İndi orada mövcud olan vəziyyət insan haqları standartını bizdə, Avropa ölkələrində, sivil dünyada olduğu kiçi tamamilə təmin edir, o standartdan necə danışmaq olar? Sağlamlığına və həyatına təhlükə törədilməyəcəyi şərtlər yerinə yetirilir. Ailəsi bunu bilir və mən onun başqa bir şey haqqında danışdığını görməmişəm. Dövlət müvəqqəti olaraq işğal olunmuş ərazilər üzərində effektiv nəzarətdən məhrumdur. Bu sizə məlum olmalıdır. Biz əlimizdə olan rəsmi, qeyri-rəsmi rıçaqlar, formatlar, beynəlxalq tərəfdaşlar vasitəsilə bütün vasitəsilə bütün gücümüzü sərf edirik ki, təkcə Bebuanın yox, orada olan digər vətəndaşların da buraxılmasına nail olaq”, - mətbuatla iclasdan sonra Liluaşvili bildirib.
Rusiyanın işğalı altında olan Abxaziyada daha bir Gürcüstan vətəndaşı da həbsdədir. Qondarma prokurorluğun “Gürcüstan Xüsusi Xidmət Orqanlarının xeyrinə casusluq”da ittiham olunan 25 yaşlı Kristine Takalandze də may ayında 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.