İşğalçı qüvvələrin nümayəndələri 2 Gürcüstan vətəndaşını həbs ediblər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Dirbi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Bu barədə məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti yayıb.

Yerli hakimiyyət nümayəndələri “Gürcüstan Xəbərləri”nə bildiriblər ki, saxlanılanların kimliyi və saxlanma şəraiti barədə məlumatsızdırlar. Tsxinvalinin de-fakto hökuməti də hadisə ilə bağlı açıqlama yaymayıb.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti qeyd edir ki, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra Aİ-nin Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt” işə salınıb və daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədə keçirilən beynəlxalq müzakirələrin həmsədrlərinə, beynəlxalq tərəfdaşlara çatdırılıb.

İşğal xəttində qanunsuz saxlanılma faktı bir həftə əvvəl də qeydə alınmışdı. Aprelin 14-də işğal olunmuş – Zemo Artsevi və Otrevi kəndlərinin yaxınlığında işğalçı qüvvələrin nümayəndələri üç Gürcüstan vətəndaşını – 19 yaşlı Otar Teraşvili, 16 yaşlı Tamaz Etsadaşvili və 20 yaşlı Valeri Giunaşvilini həbs ediblər. Aprelin 19-da Tsxinvali məhkəməsi onları dövlət sərhədini pozmaqda təqsirli bilib, cərimə ödəməyə məcbur edib və de fakto respublikadan qovub.

Hazırda Tsixnvali işğal rejiminin qanunsuz həbsində olan yeddi Gürcüstan vətəndaşı var.

“Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət Rusiyanın işğalçı dövlətinin üzərinə düşür”, - Dövlət Təhlükəsizlik Xidməti bəyan edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur