Ailəsi, polis və könüllülər tərəfindən 6 gündür axtarılan təhsil üzrə tədqiqatçı, professor Qiorqi Qaxeladze ölü tapılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mənim Qiom daha yoxdur! Hekayəmiz bitdi!”, – Qiorqi Qaxeladzenin həyat yoldaşı İrma Malatsidze “Facebook”da yazıb.
Qiorqi Qaxeladzenin meyiti Tısbağa gölünün yaxınlığında tapılıb. Hazırda orada kriminalistlər işləyir. Professorun ölümünə nəyin səbəb olduğu məlum deyil.
57 yaşlı Qiorqi Qaxeladze iyunun 19-da evdən çıxıb və bir daha evə qayıtmayıb. Ailə üzvlərinin dediyinə görə, onun telefonu axşam saat 22:00-a qədər açıq olub və bu müddət ərzində Vake Parkının ərazisində siqnal sabitlənib.
“Polis video sübut götürüb. Günün birinci yarısında Qiorqi Vake Parkı yaxınlığındakı aptekə daxil olub, aspirin alıb, sonra mağazadan siqaret və spirt alıb, bundan sonra isə davamlı videoda onun Vake parkına girdiyi görünür. Həmin gün saat üçə qədər Vake Parkdakı kameralar sönülü olub - Vake Parkda 120-dən çox kamera var - və onları izləmək mümkün olmadı. Lakin telefon siqnalından bilirik ki, Qiorqi bu ərazidə olub”, - deyə mərhumun qardaşı Levan Qaxeladze bildirib.
Bu günlərdə Qiorqi Qaxeladze şəhərin müxtəlif yerlərində, o cümlədən Tısbağa Glündə axtarılırdı. Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum etmə maddəsi ilə cinayət işi başlanıb.