“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin Keniyada aldığı səkkiz baobab ağacının hamısı dendroloji parkda transplantasiya edildikdən sonra quruyub və bunda “Vahid Milli Hərəkat” partiyasını və qeyri-hökumət təşkilatlarını günahlandırırlar. Dendroloji parkın rəhbərliyi bildirir ki, yalan ittihamlarla nəhəng ağaclar iki ilə yaxın müddətdə tamamilə uyğun olmayan ekoloji şəraitdə olmalı olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dərc olunmuş bəyanatda bildirilir ki, “Milli Hərəkat” və onun nəzarətində olan media 2020-ci ildə Bidzina İvanişvilinin maliyyəsi ilə açılan dendroloji parka qarşı “bütün resursları” ilə mübarizə aparır.
“Onlar inadla bu unikal təşəbbüsü, onun müəllifini və icraçısını ləkələməyə çalışırlar. Keniyadan bəzi baobab ağaclarının transplantasiyası zamanı məhz belə oldu. Sözügedən məsələ ictimaiyyətə məlum olan kimi pusquda olan siyasətçilər və onların əlaltısına çevrilən qeyri-hökumət təşkilatları adlanan qurumlar bu dəfə Afrika qitəsində ideoloji mübarizənin ön cəbhəsini tutdular. Onların yalanları və yalan həyəcan təbili şikayətləri ucbatından bitkilərin qanuna tam uyğun əkilməsi prosesi xeyli ləngidi.
“Milli Hərəkat”ın yalan texnologiyası dəyişməzdir. Saxta xəbərlər, saxta ittihamlara əsaslanan şikayətlər və ən əsası Keniyanın müxtəlif agentliklərindəki yüksək vəzifəli şəxslərə (ölkə prezidenti də daxil olmaqla) bitib-tükənməyən telefon zəngləri bu unikal layihəni yolundan çıxarmaq məqsədi daşıyırdı. Prosesə mane olmaq üçün saxta muzdlu ekspertlər çağırılır, faktlar saxtalaşdırılır, Keniya baobabları “Qırmızı Kitab”a daxil edilmiş Madaqaskar baobabları ilə səhv salınır. Bütün bunlara görə, layihə icraçıları dəfələrlə eyni nəticəni, fitosanitar hesabatlarını, müxtəlif qurumların icazələrini və s. götürməli oldular, bitməyən bürokratik burulğanda dəyərli vaxt itirildi. Sonda Afrikada ədalət zəfər çaldı və bütün saxta ittihamlar Keniya məhkəmələri və icra hakimiyyətləri tərəfindən rədd edildi, lakin onlar yenə də layihəyə zərər vura bildilər.
Vaxtın ləngidilməsi nəticəsində 2021-ci ildə torpaqdan çıxarılan ağaclar süni şəkildə yaradılan maneələrə görə 2023-cü ilin oktyabrına kimi Gürcüstana çata bilmədi. Yalnız 8 noyabr 2023-cü ildə onları torpağa əkmək mümkün oldu. O vaxta qədər Afrika “nəhəngləri” demək olar ki, iki il torpaqdan çıxarılmış vəziyyətdə tamamilə uyğun olmayan ekoloji şəraitdə qalmalı oldular, burada da müvafiq texniki xidmət göstərilmədi. Təəssüf ki, bu cür stress bu nadir bitkilərə də təsirsiz ötüşmədi və Gürcüstanda torpağa əkiləndən 6-7 ay sonra 8 baobab ağacının hamısı qurudu”, - bəyanatda deyilir.
Dendroloji parkın rəhbərliyi qeyd edir ki, əvvəlki dövrdə köçürülmüş bir neçə baobab Şekvetili və Tbilisidə bu gün də sağlamdır, onların köçürülməsi zamanı süni gecikmələr olmadığına görə, proses adekvat vaxtda baş tutub və müvafiq şəraitin yaradılması ilə bütün ağaclar inkişaf edib.
“Bu dəfə də belə olmalı idi, lakin təəssüf ki, onların istəyi baş tutdu. Qeyd olunanan hal Gürcüstanda kök salmış “müxalifət qüvvələri”nin nə qədər qeyri-sağlam və zərərli mübarizə apardığını bir daha aydın göstərir. Onların hərəkət tərzi və üslubu açıq şəkildə bizə əvvəlki hökumətin dəst-xəttini xatırladır”, - Dendroloji Parkın bəyanatında deyilir.
Baobab ağaclarının Keniyadan Gürcüstana transplantasiyası mövzusu 2022-ci ilin payızında medianın diqqətini çəkib. Britaniyanın “The Guardian” nəşri yazıb ki, təbiət mühafizəçiləri Kilif bölgəsindən baobabların kökündən çıxarılması və Gürcüstana köçürülməsinə qarşı çıxıb və bu hadisəni “biopirapiya” adlandırıblar.
Gürcüstana baobabların ixracı bir neçə dəfə uğursuz oldu. 2023-cü ilin əvvəlində hökumətin təkrar icazəsi iş üzrə yekun qərara qədər məhkəmə tərəfindən dayandırıldı. İddiaçı - yerli insan haqları təşkilatı (Kituo cha Sheria) iddia edirdi ki, özəl investorlar Kilifinin sosial cəhətdən əlverişsiz sakinlərini istismar edirlər. Təşkilat məhkəmədən zərərçəkənlərə təzminat ödənilməsini, hökumətə baobabların kökündən çıxarılması və ixracının qadağan edilməsini, özəl şirkət tərəfindən artıq kökündən çıxarılan ağacların təbii mühitə qaytarılmasını tələb edirdi.
2023-cü ilin aprelində Keniya Milli Assambleyasının Ətraf Mühit, Meşə Təsərrüfatı və Mədən Komitəsinin baobabların ixracı ilə bağlı araşdırmaya başladığı bildirildi.