İyunun 2-də Gürcüstan parlamenti binası önündə saxlanılan hüquq müdafiəçiləri və mülki fəallar - Eduard Marikaşvili, Saba Braçveli və Nika Romanadzenin işlərinə bu gün Tbilisi şəhər məhkəməsi baxmalı idi, lakin iclaslar təxirə salınıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Saba Braçvelinin məhkəməsi iyunun 16-na, Nika Romanadzenin məhkəməsi iyunun 27-nə, Eduard Marikaşvilinin məhkəməsi isə iyunun 28-ə təyin edilib. Daxili İşlər Nazirliyi hər üçünü xırda xuliqanlıqda və polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edir.
“Biz sübut gətirmişdik və şahidləri, o cümlədən polisləri dindirməyə hazır idik, lakin məhkəmə bizə bildirdi ki, proses artıq təxirə salınıb. Biz yenə gəlib öz həqiqətimizi sübut edəcəyik. Məni söyüş söyməkdə və polisin qanuni tələbinə tabe olmamaqda ittiham edirlər. Təbii ki, videoların heç birində söyüş yoxdur, çünki belə bir fakt baş verməyib. Polisin qanuni tələbinə tabe olmamağa gəlincə, bu vəsatət qanuni deyildi, çünki mənim Rustaveli prospektində əlimdə bir vərəq tutmağa mütləq hüququm var idi. Ona görə də bu, həm də absurd ittihamdır”, - deyə Braçveli bildirib.
İşlərə “xarici agentlər” haqqında rus qanuna qarşı keçirilən etiraz aksiyasında saxlanılan jurnalistlər, Zurab Vardiaşvili və Beka Jikuraşvilini qanunu pozan şəxs kimi tanıyan və onları 2200-2200 lari məbləğində cərimələyən hakim Nino Şerbakov baxır.
İyunun 2-nə keçən gecə Gürcüstan parlamenti binası önündə bir neçə nəfərdən ibarət aksiyada qeyri-hökumət təşkilatı “Gürcüstan Demokratik Təşəbbüsün”ün rəhbəri eduard Marikaşvili əlində boş vərəq, vəkil Saba Braçveli və mülki fəal Nika Romanadze isə üzərində “İrağli” yazılmış plakatlar tutub.. Saxlanılma zamanı lentə alınan videogörüntülərdə polis əməkdaşının ölkənin baş nazirini təhqir etməyə heç kimin haqqı olmadığını deməsi eşidilir. Saxlanılanların bir neçə saat ərzində vəkillərinə zəng etmə icazəsi verilməyib. Onların hər üçü paytaxtdan bölgədəki Telavi müvəqqəti saxlama tədricxanasına köçürülüb və yalnız maksimum 48 saatlıq inzibati həbs müddəti bitdikdən sonra sərbəst buraxılıblar.
Hüquq müdafiəçiləri və mülki fəallar iyunun 2-də parlament qarşısına polis tərəfindən üç nəfərin, o cümlədən vəkil Şota Tutberidzeni həbs edilməsindən sonra toplaşıb. Tutberidze Parlament qarşısındakı pilləkəndə oturub və ayağının yanında “İraqğli” yazısı olan plakat olub. Bu məzmunlu plakatlarla vətəndaşlar Gürcüstan hökumətinin xarici siyasətini və mayın 30-da Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda “müharibənin başlamasının səbəblərindən biri Ukraynanın NATO-ya üzv olmaq niyyətidir” deyən baş nazir İrakli Ğaribaşviliyə qarşı etirazlarını ifadə edirlər. Polis əvvəlcə Tutberidzenin əlindən plakatı almağa çalışıb, sonra onu pilləkənlərdən zorla endirərək həbs ediblər. Cinayət protokolunda onun, guya polislərə müqavimət göstərdiyi və onu şifahi təhqir etdiyi yazılıb.
Hüquqşünaslar hesab edirlər ki, polis tərəfindən qəsdən, qanunsuz saxlanılma halı var ki, bu da Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətdir və beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə və ya üç ilə qədər müddətə vəzifə tutma və ya işləmək hüququndan məhrum etmə ilə cəzalandırılır. Həmçinin heç bir əsas olmadan həbs müddətinin 48 saata qədər uzadılması da qanunsuz sayılır.
Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsi plakatların, o cümlədən nalayiq şüarların məzmununa görə, etirazçıların həbsini toplaşmaq və birləşmək azadlığının pozulması kimi qiymətləndirib. Gürcüstanla bağlı son qərarlardan biri 6 ay əvvəl, 2022-ci il dekabrın 15-də “Peradze və başqaları Gürcüstana qarşı” işi üzrə verilib.
İyunun 2-də keçirilən aksiyada ümumilikdə 7 nəfər həbs edilib. Xüsusi İstintaq Xidməti Daxili İşlər Nazirliyinin əməkdaşlarının törətdikləri mümkün cinayətlərlə bağlı araşdırmalara indiyədək başlamayıb.
Bu mövzu haqqında: