Jurnalist Eliso Kiladzenin sözlərinə görə, ona qarşı xəbərdarlıq atəşi açılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Xronika+” qəzetinin baş redaktoru, jurnalist Eliso Kiladzenin sözlərinə görə, Tbilisinin Kazbeqi prospektində ona qarşı xəbərdarlıq atəşi açılıb. Jurnalist hadisəni peşəkar fəaliyyəti və narkotik alverçilərinin ifşası ilə əlaqələndirir.

“Həmişə yanımda olan dostumla maşından düşdük. Dərhal yanımızda bir şübhəli şəxs dayandı, hər ikimizi çox diqqətlə izlədi, sonra yolu keçib o biri tərəfə keçdi. Salona girdim və təxminən 15 dəqiqə sonra çöldə dayanıb məni gözləyən dostuma atəş açıldı. İlkin məlumata görə, onlar ov tüfəngindən atəş açıblar.

Təbii ki, mən hesab edirəm ki, bu, narkotik alverçilərini və narkotik sxemini üzə çıxarmaq üçün bu müddət ərzində apardığım jurnalist araşdırmalarından sonra bir xəbərdarlıqdır. Bu narkotik kartelinin hətta mükafatı da var. “Telegram” kanallarında açıqca yazırlar ki, 1000 dollar verirlər, 5000 dollar verirlər, axırda da 10 000 dollar verirlər ki, məni küçədə döyüb bunun videsunu sosial şəbəkələrdə yaysılar. Məndə sübut var, “skrinşotlar”ı saxlamışam”, - Eliso Kiladze deyir.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddəsi ilə araşdırma aparılıb.

Bu ilin əvvəlindən ölkə üzrə 270-dən çox insan narkotik cinayətlərində ittiham olunaraq həbs edilib ki, onlardan ən azı 27-si narkotik alverçisidir. Martın 6-da Daxili İşlər Nazirliyi Tbilisi və regionlarda 6 nəfərin, martın 2-də isə 10 nəfərin həbs edildiyini açıqlayıb.

 

Bu mövzu haqqında:

Acara hökumətinin yüksək vəzifəli məmurunun oğlu narkotik cinayəti ittihamı ilə saxlanılıb 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur