Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin sərəncamı ilə 2023-cü ilin fevralında tətbiq edilən KİV nümayəndələrinin parlamentdə akkreditasiyası qaydasından Konstitusiya Məhkəməsinə şikayət verilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan Demokratik Təşəbbüsü” (GDI) qeyri-hökumət təşkilatı “Formula” teleşirkətinin jurnalisti Qiorqi Kikabidze və operator Qennadi Kvaçaxianın adından məhkəməyə müraciət edib. Parlament iddiaçıların akkreditasiyasını “Gürcü Arzusu”nun üzvü İrakli Zarkuaya Rusiyanın Gürcüstanla viza rejimini ləğv etməsi ilə bağlı ünvanlanan suallarına görə bir ay müddətinə dayandırıb.
Şikayət edilən normalara görə, Gürcüstan parlamentinin deputatı, ofisin əməkdaşı və ya parlamentə qonaq qismində gələn şəxs müsahibə verməkdən imtina edər və akkreditasiya almış jurnalist müsahibəni dayandırmazsa, jurnalistlərin parlamentdə akkreditasiyası dayandırılacaq. “GDI” hesab edir ki, Gürcüstan Konstitusiyasına əsasən, parlament deputatları və dövlət qulluqçularını arzuolunmaz suallardan qorumaq məqsədilə məlumat əldə etmək və yaymaq hüququnun məhdudlaşdırılması yol verilməzdir.
“Şikayət edilən normalar jurnalistlərin öz hüquqlarını qorumaq üçün mühüm əhəmiyyət kəsb edən bir sıra prosessual təminatları nəzərdə tutmur. Xüsusilə:
- Gürcüstan parlamentinin aparat rəhbəri akkreditasiyanın dayandırılması barədə qərarı jurnalistlərin mövqeyini nəzərə almadan qəbul edir;
- Qərarlar qəbul edilərkən şəxsi və ictimai maraqların balanslaşdırılması məsələsi nəzərə alınmır. Gürcüstan parlamentinin aparat rəhbəri demokratik cəmiyyət üçün nəyin daha vacib olduğunu qiymətləndirmir: jurnalistin parlament binasında öz hüququndan istifadə etməsi, yoxsa jurnalistin sual verməsi ilə parlament deputatı üçün yaradılmış diskomfort/ müsahibənin qeydə alınması;
- Qərar qəbul edilərkən müsahibənin qeydə alınması təşəbbüskarının şəxsiyyəti nəzərə alınmır və akkreditasiyanın dayandırılması təkcə imtinadan sonra müsahibəni davam etdirən jurnalistə deyil, həm də müsahibənin qeydə alınmasını texniki cəhətdən təmin edən xüsusi akkreditasiyaya malik şəxslərə, məsələn, operatorlara da şamil edilir. Bunu müsahibəni texniki olaraq qeydə alan (iddiaçı operatordur) və respondentə sual verməyən iddiaçı Qennadi Kvaçaxianın akkreditasiyasının dayandırılması da təsdiqləyir.
Bütün yuxarıda deyilənlərə əsaslanaraq, hesab edirik ki, şikayət edilən normalar Gürcüstan Konstitusiyasının 17-ci maddəsi ilə qorunan ifadə, məlumat əldə etmək və yaymaq azadlığına, eləcə də kütləvi informasiya vasitələrinin azadlığı ilə ziddiyyət təşkil edir”, - hüquq müdafiə təşkilatı bildirib.
Parlamentin sədri Şalva Papuaşvili fevralın 6-da jurnalistlərə parlamentdə işlədikləri müddətdə məhdudiyyətlər qoyan sərəncam verib. Sərəncam, xüsusilə, parlament üzvü, aparat əməkdaşı və ya parlamentə qonaq qismində gələn şəxs müsahibəni qeydə almaqdan imtina etdikdə jurnalistlərə müsahibəni dayandırmağa məcbur edilir. Həmçinin, onların razılığı olmadan sənədlərin, telefonun və ya digər elektron cihazın ekranındaki məlumat və ya təsvirin görünə biləcəyi şəkildə fotoşəkilin çəkilməməsini də nəzərdə tutur. Parlament jurnalisti müəyyən edilmiş qaydaları pozarsa, Aparat rəhbərinin qərarı ilə onun akkreditasiyası bir ay müddətinə, pozuntu təkrar olunduqda isə altı ay müddətinə dayandırılır.