Çeçenistan lideri Ramzan Kadırov iddia edir ki, Adam Delimxanov sağdır və “yaralı belə deyil”. Bu gün mediada Kadırovun ən yaxın müttəfiqi, Rusiya Dumasının Çeçenistandan olan deputatı, “Qərb-Axmat” batalyonunun komandiri Delimxanovun Ukraynada yaralandığı barədə məlumat yayılıb. Bəzi mənbələr onun ölümünü də bildiriblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Adam Sultan oğlu sağ-salamatdır və yaralı belə deyil. Bu barədəlap əvvəldən bilirdim, amma hər kəsə, ilk növbədə ukraynalılara onların mediasının hansı səviyyəyə çatdığını göstərmək qərarına gəldim”, – Kadırov Telegram-da yazıb və sübut kimi Delimxanovun yanında əyləşdiyi fotonu dərc edib.
Ramzan Kadırovun sözlərinə görə, bütün internet Rusiya qəhrəmanının öldürülməsi ilə bağlı “xəyalpərəst fantaziyasını” müzakirə edərkən, o, Adam Delimxanovla işləməyə davam edir: “Axmat” bölmələri öz yerində deyil, o cümlədən Belqorod vilayətində Rusiaynın sərhəddini gücləndirirlər. Hazırkı vəziyyəti, bölmələrimizin qüvvə və resurslarının bölgüsü ilə bağlı müzakirələr apardıq”.
Kadırov daha əvvəl yazıb ki, “xüsusi hərbi əməliyyat” zonasında olan Delimxanov ilə əlaqə saxlaya bilməyib. O, Ukrayna kəşfiyyatına müraciət edərək zərbənin hansı mövqedə həyata keçirildiyi barədə məlumat tələb edib. Rusiyanın dövlət mediası “Ria Novost” qeyd edib ki, bu, Ramzan Kadırovun Adam Delimxanovun bombardman nəticəsində öldürülməsi barədə daha əvvəl yayılan məlumata ironik cavabı olub.
İyunun 14-də səhər saatlarında ukraynalı politoloq, Ukrayna silahlı qüvvələrinin döyüşçüsü Kirill Sazonov sosial şəbəkədə məlumat yayıb ki, Kadırovun müttəfiqi Delimxanov və 200-ə yaxın rus əsgəri, Zaporojya vilayətinin Primorsk şəhərdəki partlayışda həlak olub. Bundan sonra Rusiya televiziya şirkətlərindən birinin jurnalisti Dumanın mətbuat xidmətinə istinadən yazıb ki, Delimxanov yara alsa da, sağdır. Xəbərə Kremlin mətbuat katibi Dmitri Peskov da cavab verib:
“Biz bu məlumatı böyük təşvişlə əldə etdik. Hamı kimi biz də Rusiyanın qəhrəmanından narahatıq. Ümid edirik ki, yaxın zamandabaş verənlərlə bağlı müəyyən dəqiq məlumatlar olacaq”, - Peskov bildirib.
Adam Delimxanovun səhhəti və harada olması barədə əlavə məlumat naməlumdur.