Çeçenistan Respublikasının rəhbəri, Ramzan Kadırov Rusiyada “Vaqner” özəl hərbi şirkətinin rəhbərinin başçılıq etdiyi üsyanı “mənfur xəyanət” adlandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Baş verən hər şey kürəkdən vurulan bıçaq zərbəsi və həqiqi hərbi qiyamdır”, - Kadırov “Telegram”daki açıqlamasında yazıb.
Onun sözlərinə görə, o, Vladimir Putinin fövqaladə müraciəti zamanı dediyi hər bir sözü tam dəstəkləyir:
“O, çox haqlı olaraq qeyd etdi ki, bu, hərbi qiyamdır! Belə hərəkətlərin heç bir bəhanəsi yoxdur. Mən döyüşçülərə - vətənimizin vətənpərvərlərinə müraciət edirəm, təxribatlara uymayın. Sizin qarşınıza hansı məqsədlər qoysalar da, sizə nə vədlər versələr də, belə bir məqamda dövlətin təhlükəsizliyi və Rusiya cəmiyyətinin birliyi hər şeydən üstündür!
Baxın, Qərbdəki düşmənlərimiz bu vəziyyətdən necə istifadə edirlər. Vətəndaşlarımızı qorxuya salan, sabitliyin pozulması təhlükəsi yaradan nə qədər yalan müraciətlər yayılır. Priqojinin xain yürüşünün gözlənilən nəticələri bunlardır. Baş verənlər Müdafiə Nazirliyinə ultimatum deyil, dövlətə qarşı çətinlik törətməkdir və bu çətinliyə qarşı ümummilli liderin ətrafında birləşmək lazımdır”, - Kadırov bildirib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin və Qvardiyanın Çeçenistan Respublikasındakı döyüşçüləri artıq “gərginlik zonaları”na yola düşüb: “Biz Rusiyanın birliyini və dövlətçiliyini qorumaq üçün hər şeyi edəcəyik”.
İyunun 23-də “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqnerlər”in Ukraynadakı düşərgələrini bombalamaqda ittiham edib və “ədalət yürüşü”nə başlamağa söz verib. Onun sözlərinə görə, 25 min “Vaqnerli” “ölkədəki bu özbaşınalığın niyə baş verdiyini” öyrənməyə gedir.
“Rusiya hərbi rəhbərliyi tərəfindən törədilən şər dayandırılmalıdır. Əsgər həyatına məhəl qoymurlar, “ədalət” sözünü unudublar, biz onu qaytaracağıq. Ona görə də bu gün bizim oğlanlarımızı və on minlərlə rus əsgərinin həyatını məhv edənlər cəzasını alacaqlar. Biz xahiş edirik ki, heç kim bizə qarşı olmasın... bizə qarşı çıxan hər kəsi təhdid hesab edib dərhal məhv edəcəyik”, - deyə Priqojin bildirib.
Rusiya Müdafiə Nazirliyi “Vaqner” mövqelərinin bombalanmasını yalan və təxribat adlandırıb. Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb. Moskva şəhəri, Moskva və Voronej rayonlarında antiterror əməliyyatı rejimi elan edilib. Ötən gecə Moskvanın mərkəzinə də hərbi texnika çıxarılıb.
Hazırda “Vaqner” Ukrayna sərhədi yaxınlığındakı Rostov-Dondakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarət edir. Priqojin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü tələb edir.
Prezident Vladimir Putin “Vaqner”in rəhbəri Yevgeni Priqojinin üsyanını “arxadan vurulan zərbə” kimi qiymətləndirib və “xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağını vəd edib.