Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 18 yaşlı Axmat Kadırov “Axmat” futbol klubunun yeni prezidenti təyin edilib. İki gün əvvəl Ramzan Kadırov böyük oğlunun idman naziri vəzifəsinə təyin olunduğunu açıqlamışdı.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Axmat Kadırov indiyədək Çeçenistanın idman nazirinin birinci müavini və respublikanın gənclər naziri vəzifələrində çalışıb.
Son 13 ildə “Axmat”ın prezidenti Çeçenistan liderinin ən yaxın adamlarından biri, 2015-ci ildən respublika parlamentinin sədri olan Maqomed Daudov idi. O, bir neçə gün əvvəl istefa verib. Bundan əlavə, bu yaxınlarda Çeçenistan hökumətinin sədri Müslüm Xuçiyev dəistefa verib.
Kadırovun övladları və qohumları mütəmadi olaraq mühüm vəzifələrə təyin olunurlar. Keçən il Ramzan Kadırovun böyük qızı, 25 yaşlı Aişat respublikanın baş nazirinin sosial məsələlər üzrə müavini, ikinci qızı, 24 yaşlı Xadizat isə cari ilin fevralından Çeçenistan rəhbərinin və hökumət administrasiyasının sədrinin birinci müavini olub. Kadırovun digər qızı, 20 yaşlı Xutmati isə Çeçenistan Respublikası rəhbərinin katibliyinin rəis müavini və regional səhiyyə sektorunun kuratorudur. Ötən ildən 16 yaşlı Adam Kadırov atasının mühafizə xidmətinin rəisi və Şeyx Mənsuri batalyonunun nəzarətçisi vəzifələrində çalışır. Ramzan Kadırovun rəsmi olaraq 14 övladı var.
Uzun müddətdir ki, insan haqları qrupları tərəfindən “totalitar rejim” idarəçiliyində ittiham olunan Çeçenistanın 47 yaşlı liderinin ağır xəstə olması ilə bağlı məlumatlar yayılır. Kadırov bu xəbərləri təkzib edir.
Bu mövzu haqqında: