Çeçenistanın ilk prezidenti Axmat-Xaji Kadırovun adını daşıyan fond işğal altındakı Tsxinvalidə incəsənət məktəbi tikəcək. Bunula əlaqədar, Çeçenistan lideri Ramzan Kadırovun köməkçisi, milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev qondarma Cənubi Osetiyada olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyulun 20-də tikinti sahəsinə kapsul qoyulması tədbiri keçirilib, bundan sonra de-fakto prezident Alan Qaqloyev incəsənət məktəbinə Axmat-Xaji Kadırovun adının veriləcəyini bəyan edib. “Əminəm ki, bu məktəb respublikanın incəsənətinin və bütün mədəniyyət sahəsinin inkişafına yeni təkan verəcək”, - deyə Alan Qaqloyev bildirib.
Əhməd Dudayev öz növbəsində qeyd edib ki, incəsənət məktəbinin tikintisi Çeçenistan lideri Ramzan Kadırovla Alan Qaqloyev arasında qardaşlıq münasibətlərini əks etdirir.
“Qoy bu sosial obyekt və gələcək konstruktiv qarşılıqlı fəaliyyətimiz, xalqlarımız arasındakı qardaşlıq münasibətləri bütün bədxahlarımıza, bütün düşmənlərimizə adekvat cavab olsun. Ölkələrimizi əhatə edən vəziyyətin konteksti qardaşlıq münasibətlərinin qurulması zərurətini diktə edir və biz bunu edəcəyik”, - Dudayev bildirib.
Qroznıda keçirilən görüşdə Qaqloyevlə Kadırov arasında Tsxinvalidə incəsənət məktəbinin tikilməsi qərara alınıb. Rusiya mətbuatının yazdığına görə, tikinti Kadırov Fondu tərəfindən maliyyələşdirilir və bu, Çeçenistan Respublikasının rəhbərinin hədiyyəsidir. Obyektin tikintisinin 2025-ci ilin ortalarında başa çatdırılması planlaşdırılır.
Fevral ayında Kadırov qondarma Cənubi Osetiyaya 10 ədəd Rusiya istehsalı olan “UAZ Patriot” markalı avtomobil verib, həmçinin Gürcüstanın işğal olunmuş regionunun qondarma hüquq-mühafizə orqanlarına maliyyə yardımı edib.