“Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə danışdım. Hətta mənə dedilər ki, onların sizi və bizi birləşdirəcək bir növ yeni dəhliz tikmək planları var”, - Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidzeyə deyir. Telefon danışığının səs yazısı dünən “YouTube”da yayımlanıb. Karasin Cənubi Osetiyanın solunda yerləşən Krasnodar bölgəsini Gürcüstanla birləşdirəcək “yeni dəhlizin” tikintisi yeri kimi adlandırır. Abaşidze Karasinə izah edir ki, “indi hardasa yenə bir şeyin başlayacağına dair danışmağın vaxtı deyil və nə də məlumat yaymağa ehtiyac yoxdur”. Onun sözlərinə görə, Kazbeqi-Lars tərəfində nəhəng paralel avtomobil yolunun tikintisi 2024-cü ildə başa çatacaq - tunellər və yollar – söhbət Xadi vadisi ilə Rusiyaya açılan yoldan gedir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Zurab Abaşidze səs yazısının həqiqiliyini təsdiqləyib. Baş nazirin xüsusi nümayəndəsi Karasinlə keçən ilin iyununda, Kazbeqi-Lars istiqamətində vəziyyətin çətinləşdiyi, hər iki tərəfdə minlərlə maşının növbəyə durduğu bir periodda danışdığını deyir.
“Çətin vəziyyət yaranmışdı və biz bunu tənzimləmək üçün əlimizdən gələni edirdik. Bu baxımdan Karasinlə “Praqa formatı”nda əlaqəm olub. Bu format məhz ona görə mövcuddur ki, belə məsələlər birbaşa kontakt vasitəsilə həll olunsun. Gündəm və səlahiyyətimiz müəyyən edirdi ki, o zaman əlaqə saxladıq, telefon danışığı apardıq. Biz bu vəziyyəti tənzimləmək üçün yerli xidmətləri, sərhədçiləri və gömrük əməkdaşlarını cəlb etdik. Qonşu ölkələrimiz narahat idi, onların arasında Ermənistandan da təmsilçisi gəlmişdi. Bax bu barədə danışırdıq...
Bizim tərəfimizdən tikinti işləri gedir, paralel olaraq iri infrastruktur layihəsi həyata keçirilir və onun il yarımdan sonra, 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub ki, bu da vəziyyətin yüngülləşdirilməsinə kömək edəcək. Orada paralel tikinti gedir, yollar, tunellər çəkilir”, - deyib Zurab Abaşidze.
Karasini-Abaşidzenin söhbətinin səs yazısı:
Abaşidze: Alo.
Karasin: Zurab İraklieviç, salam. Səsini eşitməyimə şadam.
Abaşidze: Salamlar, Salamlar.
Karasin: Ümid edirəm ki, yaxşısınız.
Abaşidze: Hər şey normaldır, hər şey əladır.
Karasin: Tanrıya şükür.
Abaşidze: Necəsiniz, ailə necədir?
Karasin: Yaxşı, həyat aktiv şəkildə davam edir. Ailə normaldır. Tanrıya şükür.
Abaşidze: Çox yaxşı.
Karasin: Bilirsiniz niyə zəng edirəm? Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə danışdım. İstəyirəm ki, siz yeniliklərdən xəbərdar olasınız. Onlar son zamanlar məhsuldar və qarşılıqlı maraq göstərən kontaktlardan, xüsusən də Yuxarı Larsın və digər problemlərin həllində çox razıdırlar. Üstəlik, bu əlaqələri müntəzəm etmək istəyirlər, nəqliyyatın vəziyyətinin pisləşib-pislənməməsindən asılı olmayaraq, bununla belə, yenə də bəzi problemlər yaranır.
Mənə hətta dedilər ki, onların sizi və bizi birləşdirəcək bir növ yeni dəhliz tikmək planları var.
Abaşidze: Harada, maraqlıdır.
Karasin: Bilmirəm. Yanımda xəritə yox idi, amma o, birbaşa Krasnodar tərəfdən olan ərazidədir... Mənim başa düşdüyümə görə, bu, şərti olaraq desək, Cənubi Osetiyanın solunda bir yerdir. Başa düşürsünüz yoxmu?
Abaşidze: Mən dəqiq başa düşmədim, amma indi tikinti gedir, bir il yarıma başa çatacaq.
Karasin: Nədir o?
Abaşidze: Kazbeqi-Lars tərəfində olan paralel nəhəng magistral var - tunellər, yollar ilə.
Karasin: Mövcud olanın yenidənqurulmasını nəzərdə tutursunuz? modernləşməsini yoxsa?
Abaşidze: Yenidənqurma? Yox. Hazırda nə var o yerində qalır və paralel olaraq tikilir. Orada bütün...
Karasin: Bir qədər aralıda?
Abaşidze: Bəli, bir qədər aralıda. Sonra yük və yüngül avtomobillərin hara hərəkət edəcəyi bəlli olacaq.
Karasin: Deyəsən məndən çox bilirsən.
Abaşidze: Bəli, bəli. Yeri gəlmişkən, biz bu barədə əvvəllər danışmışdıq, lakin o vaxt bu ilkin mərhələdə idi, indi tikinti gedir. 9 kilometr uzunluğunda tunel olacaq, Qafqazda ən uzun tunel olacaq bu.
Karasin: Görünür, bunu nəzərdə tuturdular.
Abaşidze: Yəqin ki, hə. Yenidənqurma birbaşa sizin tərəfinizdə olan Larsla gedir.
Karasin: Məsələ burasındadır ki, bizim tərəfimizdən kifayət qədər keçirici giriş sistemi qurmağa hazırlaşırlar və s.
Abaşidze: Bəli, bu kömək etməlidir.
Karasin: Sadəcə bunu bilməni istədim. Sən bunu məndən yaxşı bilirsən.
Abaşidze: Aydındır.
Karasin: Əsas odur ki, lazım gələrsə, bir-biriləri ilə əlaqə saxlamalarını asanlaşdıraq.
Abaşidze: Kontaktları var. Hətta Paşinyan da öz nazirini göndərib. O, Rusiyanınki ilə sərhəddə görüşüb.
Karasin: Burada danışırdılar ki, Ermənistan orada fəal iştirak edir, çünki onlar da bu işdə maraqlıdırlar.
Abaşidze: Bəli, hər halda, burada belə fikir var və onları öz tərəflərinə daha çox maşın buraxa biləcəklərinə inandırmaq mümkün deyil.
Karasin: Əladır.
Abaşidze: Burada böyük növbələr var. Hal-hazırda nəqliyyatla məşğul olan biznes sektorunun nümayəndələrindən biri ilə.
Karasin: Nümayəndəyə salam deyərsən... (gülür)
Abaşidze: Deyərəm... Bir sözlə, asan vəziyyət deyil, çünki uzun növbələr var. Bir az sürətləndirsinlər işləri.
Karasin: Xeyr, mən bütün bunları başa düşürəm və buna görə də təcili zəng etmək qərarına gəldim. Tanrıya şükür, orada hər şey inkişafa doğru gedir.
Abaşidze: ...düzünü desəm, indi hardasa nəyinsə başlanması barədə danışmağın vaxtı deyil.
Karasin: Başa düşürəm, bir az qeyri-adekvatdır. Anladım, anladım.
Abaşidze: Səndən soruşmaq istəyirdim, zərurət olmasa, hər hansı bir məlumat yayacaqsanmı, yoxsa lazım deyil, bəlkə?
Karasin: Yox, yox, yox. Heç bir məlumat yaymıram.
Abaşidze: Təşəkkürlər.
Karasin: Mən heç bir məlumat yaymaq fikrində deyiləm. Xüsusən də indidən məndə varıydı... Yox, mən burada Rusiya-Azərbaycan parlament komissiyasının üzvüyəm. Bildiyimə görə, sabah Lavrov ilk olaraq İranda olacaq.
Abaşidze: Bəli, bəli, gördüm.
Karasin: Sonra Bakıya uçacaq. Yəni aktivlik çoxdur.
Abaşidze: Təşəkkürlər.
Karasin: Yaxşı, əlaqə saxlayacağıq. Orada istidir?
Abaşidze: Yox, yox. Heç isti deyil. Hava yaxşıdır, nə isti, nə də soyuq. Hava çox gözəldir.
Karasin: Bizdə də havalar yaxşıdır. Tanrı eləməsin indi 35 dərəcəyə çatır. Bax bu nömrə olacaq.
Abaşidze: Burada da belə havalar olur, amma hələ yox, hələlik kifayət qədər rahatdır.
Karasin: Yaxşı. Məndən ailənizə salam deyin.
Abaşidze: Sağ olun, sağ olun.
Karasin: Oldu.
Abaşidze: Qucaqlayıram. təşəkkürlər.
Krasnodar tərəfdən Rusiya Gürcüstanla Maruxi aşırımı və Kodori vadisi ilə yeni avtomobil yolunun tikintisini müzakirə edir. Marux aşırımı Gürcüstan və Rusiya sərhədindədir, Abxaziyanın Qafqazın əsas silsiləsində, Marux zirvəsindən qərbdə, dəniz səviyyəsindən 2746 m yüksəklikdə yerləşir.
Racadakı Mamisoni keçidi ilə Rusiya-Gürcüstanı birləşdirən daha yeni bir yolun tikintisi nəzərdən keçirilir.
“Gürcüstan Xəbərləri” yaxın günlərdə bu mövzuda geniş reportajı sizə təqdim edəcək.