Əgər onu qaçıra bilsələr, yenə də işgəncə ilə öldürərdilər. O, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində iştirak edib. O, onların arxasınca getməyib deyə qəsdən öldürülüb. Ruslar çox olub, bir-iki rus edə bilməzdi. Onun kürəyinə bir neçə güllə tuş gəlib”, - Kirbali kənd sakinlərinin verdiyi məlumata görə, rus əsgərləri yaralı Tamaz Qınturinin yanına heç kimi yaxın buraxmayıb, buna görə də o, hadisə yerindəcə dünyasını dəyişib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Digər yerli sakinin sözlərinə görə, rus əsgərləri yaralandıqdan sonra Tamaz Qinturini öz şəxsi maşınına atıblar və heç kimin maşına yaxınlaşmasına imkan verməyiblər.
“Qaçırdım və məni tutdular. Onu görməyə qoymadılar, yoxsa bəlkə də sağ idi və biz onu xilas edə bilərdik. Oğlum Tamazın telefonu ilə 112-yə zəng etdirdilər ki, bir nəfər yaralanıb, onu aparsınlar. Oğlumu Tsxinvaliyə apardılar. Bildiyimiz qədərilə, o, xəsarət almayıb”, - qaçırılan Levan Dotiaşvilinin atası jurnalistlərə bildirib.
Hüquq mühafizəçiləri media nümayəndələrini bütün gecə Kirbaliyə buraxmayıb və yalnız bu gün səhər saatlarında kəndə daxil olmağa icazə veriblər.
“Mal-qara deyil, ziyarətgah, kilsə deyil, bu insan həyatıdır? Biz bir söz deyirik və qorxuruq ki, heç kim bizə hücum etməsin, heç kim bizə atəş açıb öldürməsin”, - Kirbalidə yaşayan qadın deyir.
Tamaz Qitnuri noyabrın 6-da Kirbali kəndində rus əsgərləri tərəfindən qətlə yetirilib. Onunla birlikdə olan həmin kənd sakini 33 yaşlı Levan Dotiaşvili qaçırılıb. Dotiaşvili Tsxinvali təcridxanasında saxlanılır.
Kirbali sakinləri çam yandırmaq üçün Lomisi kilsəsində olublar. Cinayət də həmin vaxt baş verib. 2023-cü ilin avqustundan Rusiya hərbçiləri Kirbali sakinlərinə Lomisi kilsəsini ziyarət etməyə icazə vermir. Sürünən işğal nəticəsində kilsə işğal olunmuş ərazinin tərkibinə keçib. İşğalçı qüvvələrin nümayəndələri kilsənin qapısını qalay lövhə ilə bağlayıblar.
Tamaz Qinturun ailəsinə başsağlığı verməyə gələn din xadimi mətbuata bildirib ki, bu qurban kənd, osetinlər və ruslar arasında münasibətlərdə münaqişənin əsasına çevrilməməli, hər bir belə qurban münaqişə tərəfləri arasında bir şama çevrilməlidir.
“Osetinlər, ruslar, münqişə tərəfi bizim üçün o tərəfdə yerləşən və ya işğal altında olan hər bir məbəddən daha üstündür. Bizim üçün üstünlük xalqın özüdür, osetinləri Lomis məbədindən, ruslar, xalq, onlarla münasibət, şirinlik, sevgi bizim üçün məbədlərdən, binalardan daha üstündür. İstənilən hallda qadanız alım, biz xristian xalqıyıq və düşmənçiliyin dağıtdığını sevgi inşa edib”, - deyə din xadimi bildirib.
Dünən Gürcüstanın mərkəzi hakimiyyəti işğalçı qüvvələrin nümayəndələrindən qaçırılmış Levan Dotiaşvilinin geri qaytarılmasını və Tamaz Qinturinin qətlində əli olanların cəzalandırılmasını tələb edib.
Kirbali Qori bələdiyyəsinin işğal xəttinə yaxın kəndlərdən ən təhlükəlisi hesab olunur. Kənddə demək olar ki, ailə üzvlərindən biri rus hərbçiləri tərəfindən saxlanılaraq Tsxinvali təcridxanasına təxliyyə olunan tək bir ailə belə qalmayıb. Rus əsgərləri yerli sakinləri mal-qaralarını otararkən, odun gətirmək üçün meşəyə gedərkən və ya kilsədə dua edərkən saxlayırlar.
Qətl zamanı Gürcüstan polis qüvvələrinin Kirbali ətrafında reyd keçirib-keçirmədiyi və Rusiya işğalçı qüvvələrinin nümayəndələri atəş açarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarının harada olması ilə bağlı sualı Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi İrakli Antadze bu cür cavablandırıb: “Polis qüvvələri reydlər keçirirlər, lakin işğalçı rejimin də bildirdiyi kimi bu hal kilsə yaxınlığında baş verib. Təəssüf ki, kilsə işğal olunmuş ərazidə yerləşir”.
Şida Kartli Polis İdarəsinin rəhbəri Valeri Telianın sözlərinə görə, “lazımi qədər hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə səfərbər edilib. Onlar bazada yerləşdiriliblər və biz ərazilərə (işğal olunmuş) keçmirik”. Onun sözlərinə görə, polislər hələ Qinturiyə məxsus maşınının yanına gedə bilməyiblər. “Maşın işğal olunmuş ərazidədir və ora baş çəkmək imkanımız olan kimi bu barədə sizə məlumat verəcəyik. İstintaq davam edir və biz tezliklə əlavə məlumat verəcəyik”, - Telia bildirib.
Rusiya tərəfindən işğal olunmuş Tsxinvali bölgəsinin qondarma Təhlükəsizlik Xidmətinin məlumatına görə, Qinturi və Dotiaşvili sərhədçilər onları saxlamaq istəyərkən onlara müqavimət göstəriblər ki, bu da sərhədçilərin həyat və sağlamlığı üçün təhlükə yaradıb. “Sərhədi pozan şəxslər baltadan istifadə ediblər. Daha sonra onlar avtomobillə sərhədçini vuraraq Gürcüstana getməyə cəhd ediblər. Bu qanunsuz hərəkətlərin və Cənubi Osetiya Respublikasının dövlət sərhədinin qanunsuz keçilməsinin qarşısını almaq məqsədilə sərhədçilər havaya xəbərdarlıq atəşi açmış və sərhəd pozucuları qanuni tələblərə tabe olmadıqda, sərhədçilər onların avtomobilinin təkərlərinə atəş açmışlar.Qondarma “sərhədi” pozanlardan biri ağır yaralanıb və təcili tibbi yardım göstərilməsi üçün Gürcüstan tərəfinə təhvil verilib, digəri isə həbs edilib”, - məlumatda deyilir.
Bu, Rusiya hərbçiləri tərəfindən Gürcüstan vətəndaşının öldürülməsi ilə bağlı ilk hadisə deyil.
Keçmiş hərbi qulluqçu, 35 yaşlı Arçil Tatunaşvili 2018-ci il fevralın 22-də işğal olunmuş Axalqoridə de-fakto hakimiyyət nümayəndələri tərəfindən həbs edilib. Fevralın 23-də onun Tsxinvalidə vəfat etdiyi barədə məlumat yayılıb. De-fakto hakimiyyətin nümayəndələrinin sözlərinə görə, həbsdən sonra Tatunaşvili müvəqqəti saxlama təcridxanasına aparılarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib ki, bu da güc tətbiq etmək zərurətinə səbəb olub, bu zaman saxlanılan şəxs təcridxananın pilləkənlərindən yuvarlanıb. Tsxinvalinin versiyasına görə, Tatunaşvili xəstəxanaya aparıldıqdan iki saat sonra ürək çatışmazlığından düünyasını dəyişib. Onun meyiti Gürcüstan tərəfinə 26 gündən sonra təhvil verilib.
30 yaşlı Qiqa Oxtozoria 2016-cı il mayın 19-da Abxaziyanın işğal xətti yaxınlığında, Xurça-Nabakevi keçid məntəqəsində qətlə yetirilib. O, sərhəd-keçid məntəqəsində - qondarma Abxaziyanın de-fakto hökumətinin silahlı birləşməsinin nümayəndələri ilə, qondarma sərhədçilərlə mübahisə edib. Münaqişədən yayınmaq üçün Qiqa Oxtozoria nəzarət-buraxılış məntəqəsinin ərazisini tərk edərək Gürcüstanın nəzarət etdiyi əraziyə doğru istiqamət alıb. Onu qondarma Abxaz sərhədçiləri, o cümlədən silahlı sərhədçi Rəşid Kanci-Oğli təqib edib və Gürcüstanın nəzarətində olan ərazidə ona bir neçə dəfə atəş açıb.