2008-ci il Rusiya-Gürcüstan müharibəsini araşdırmaq və məsuliyyəti “Milli Hərəkat”a yükləmək üçün “Gürcü Arzusu” Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib. Onun sadaladığı hüquqi alətlər arasında prokurorluğa müraciət və parlament nəzdində istintaq komissiyasının yaradılması da var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hüquqi forma müxtəlif ola bilər. Bu, məsələn, prokurorluğa müraciət ola bilər, parlament nəzdində istintaq komissiyası ola bilər, Konstitusiya Məhkəməsinə müraciət ola bilər, bunların hamısı bir yerdə və ya konkret alət istifadə oluna bilər. Bütün bunlar barədə ictimaiyyət məlumat alacaq, amma əsas odur ki, 2008-ci ildə Saakaşvili rejimi, “Milli Hərəkat” rejimi tərəfindən törədilən cinayət tam araşdırılmalıdır”, - baş nazir bildirib.
“Gürcü Arzusu”nun niyə indi, 12 illik hakimiyyətdən sonra və seçkilərə 2 ay qalmış müharibə araşdırmasından danışdığını soruşduqda, Kobaxidze cavabın “çox sadə” olduğunu deyib.
“Bilirsiniz ki, Haaqa və Strasburqda bizim üçün qalib gəlməyimizin çox vacib olduğu məhkəmə prosesləri olub. Gürcüstan və gürcü ordusu hökumətimizin səyi nəticəsində bu proseslərdə qalib gəldi. Xüsusilə, Haaqa və Strasburqda müəyyən edilib ki, Gürcüstan ordusu insan hüquqlarını pozmayıb və hərbi cinayətlər törətməyib. Bu, hökumətimizin səyi nəticəsində əldə etdiyimiz prinsipial qələbədir. O ki qaldı müharibənin özünün araşdırılmasına, o cümlədən müharibənin başlaması məsələsinə və s., bilirsiniz ki, “Milli Hərəkat” artıq bununla bağlı mövqe formalaşdırıb, xüsusən də “Milli Hərəkat” Avropa Şurasının avqust müharibəsinə onların başlamaları barədə qətnaməsinə imza atıblar. Bundan əlavə, 2018-ci il kampaniyasını praktiki olaraq bu məsələ ətrafında aparan “Milli Hərəkat”ın prezidenti Salome Zurabişvili də bu mövqe ilə razılaşır. O, iddia edirdi ki, müharibəni məhz Saakaşvili başlayıb. Yəni, bununla bağlı “Milli Hərəkat”la onların prezidentinin mövqeyi üst-üstə düşür. Müharibəni özləri başlatdıqlarını bəyan etdilər və sənədləşdirdilər, lakin biz bütün bunları müəyyənləşdirməliyik. Görək [istintaq] nə tapır. “Milli Hərəkat”ın mesajları ilə Rusiya hökumətinin mesajları bir-biri ilə üst-üstə düşür. Onların hər ikisi dedi ki, müharibəni 2008-ci ildə Saakaşvili hökuməti başlayıb”, - deyə İrakli Kobaxidze bildirib.
“Gürcüstan tərəfinin təqsirini sübut etməlisiniz?” deyə sual verən jurnalistə baş nazir “Saakaşvili rejimi Gürcüstan tərəfi deyil” deyə cavab verib.
2022-ci ilin sonunda Haaqa Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi ilə bağlı istintaqın başa çatdığını elan edib və Gürcüstanın törətdiyi hər hansı qanun pozuntusunu istisna edib.
228 mülki gürcü və 14 polis əməkdaşının həlak olduğu avqust müharibəsindən 16 il keçir. Müdafiə Nazirliyinin məlumatına görə, 169 hərbçi həlak olub, 1747 nəfər yaralanıb. 150 min insan evlərini tərk edib, onlardan 30 mini qaçqın və ya məcburi köçkün olaraq qalır. Müharibə nəticəsində Gürcüstan 189 kənd üzərində nəzarəti itirib, indiyədək 125 yaşayış məntəqəsi Rusiya tərəfindən işğal olunub.